Tərkibi ana südünə oxşar olan keçi südü olduqca faydalıdır. Keçi südü hansı xəstəlikləri sağaldır? Zərərləri varmı?

Keçi südü ana südünü əvəzləyə bilir. Mütəxəssislər körpəyə vermədən əvvəl keçi südünə su qatılmasının vacib olduğunu bildirirlər. 1 yaşına çatmamış körpəyə keçi südünün verilməsi tövsiyə olunmur.

Keçi südü bir çox xəstəliyin müalicəsində istifadə olunur. Allergik riski azdır. Ancaq istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Eqzemanı müalicə edən keçi südü dəri sağlamlığı baxımından da əhəmiyyətlidir. Dəri xəstəlikləri, həzm problemi, allergiyailtihabı aradan qaldırmaqda faydalıdır.

Keçi südünün möcüzəvi faydaları

1. Keçi südü tərkibindəki A vitamini sayəsində dərinin yenilənməsini təmin edir, sızanaqların yaranmasını əngəlləyir.


2. İnək südüylə müqayisədə tərkibində daha çox kalsium var və bu da körpələrin inkişafına müsbət təsir edir.


3. Həzm olunması asandır, həmçinin həzm sisteminə xeyirlidir.


4. Bağırsaqları infeksiya və mikroblardan təmizləyir.


5. Damar sərtləşməsi problemini aradan qaldırır.


6. Qanın miqdarını artırır.


7. Allergik təsiri yoxdur.


8. Qəbzlik, həzmsizlik və digər problemləri yoluna qoyur.


9. Sümüyün inkişafını təmin edir. Sümük əriməsini əngəlləyir.


10. Xolesterolu aradan qaldıran keçi südü ürək xəstəliklərini müalicə edir.


11. Beynin inkişafına yardım edir. Parkinson və digər oxşar xəstəliklərin müalicəsində istifadə olunur.


12. Orqanizmin enerji miqdarını qarşılayır.


13. Tərkibindəki B1 və B2 vitaminləri sayəsində stress, gərginlik kimi problemləri həll edir.


14. Davamlı olaraq keçi südü içildikdə eqzema, həzm pozğunluğuastma kimi xəstəliklərin qarşısı alınır.


15. Mədədə yaranan problemlərin qarşısını alır.


Tərkibindəki vitamin və minerallar keçi südünün əhəmiyyətini artırır. Keçi südünün tərkibindəki kalsium və protein ana südüylə müqayisədə 4 dəfə çoxdur. Diş və sümüyün inkişafını sürətləndirir.
Keçi südü içən uşaqlarda maqnezium, dəmir, kalsiumfosfor kimi maddələr daha yüksəkdir. C, A, B1, B2, B3 və B6 vitaminləriylə zəngin olan keçi südü maqnezium, selenium, fosfor və dəmir kimi minerallara sahibdir. Ağciyər xərçəngini müalicə edən selenium keçi südünün tərkibində boldur.

Beynin görmə, eşitməhərəkət funksiyalarını zədələyən MS (multipl skleroz) xəstəliyinin hələ ki, müalicəsi yoxdur. Ancaq keçi südünün bu xəstəliyin qarşısının alınmasında olan faydası sübuta yetirilib. Çiy halda qəbul edilən keçi südü MS hücumlarını azaldır və sürətli yaxşılaşma yaradır.

Keçi südündən kosmetika sənayesində də istifadə olunur. Gözəllik kremlərinin əksəriyyətinin tərkibində keçi südü var. Dərinin qırışmasına mane olan keçi südü təbii yağlar və proteinlə zəngindir. Tərkibində keçi südü olan sabunlardan hər yaşda olan insanlar istifadə edə bilərlər.

Körpə yeməklərinin tərkibində yer alan keçi südü orqanizmə fayda verir. Körpələrin həzm sisteminə müsbət təsir göstərir, onları sakitləşdirir. Keçi südü dondurma hazırlanmasında da ideal materialdır.

Keçi südünün inək südündən daha faydalı olması labaratoriya üsulu ilə də təsdiqlənib. İnək südü bəzi insanlarda narahatlıq yaradır, keçi südündə isə belə əks xüsusiyyət yoxdur. İnək südü iltihablanmanı artıra bilər, keçi südü isə bu baxımdan zərərsizdir. Keçi südü həm də orqanizmi minerallarla təmin edir.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.