Koronavirus meydana çıxdıqdan sonra bir çox insan bu virusa yoluxmaq ehtimalından dolayı nə edəcəyini bilmir. Bəs virusa yoluxan şəxs hansı tədbirləri görməlidir?

Koronavirus epidemiyası, bütün səylərə baxmayaraq, insandan insana keçir və sürətlə yayılır. Mütəxəssislər virusa yoluxmamaq üçün bəzi qaydalara əməl olunmasını tövsiyə edirlər.

Koronavirusun əsas əlamətləri aşağıdakılardır:

  • Yüksək hərarət
  • Baş ağrısı
  • Quru öskürək
  • İshal halları

Bunlar xəstəliyin başlanğıc mərhələsindəki əlamətlərdir. Bəs belə əlamətləri olan insanlar necə davranmalıdır?


Koronavirus yoluxucu xəstəlik olduğu üçün həkimə getməzdən əvvəl maska taxmalısınız.

Özünüzdə əlamətlər hiss etdikdə yaşlı insanlardan kənar gəzin, çünki onlar bu infeksiyanı daha ağır keçirirlər.

Asqırarkən dəsmalla və ya dirsəyinizlə ağzınızı tutun.


Asqırdıqdan sonra əlimizi harasa toxundursaq, başqa biri həmin nöqtəyə təmas etməklə virusa yoluxa bilər.

Özündə koronavirus əlaməti hiss edən insan birmənalı olaraq müayinə üçün heç yana getməli deyil:

TƏBİB: “Özünü pis hiss edən şəxs evə ya təcili yardım, yaxud da poliklinikadan həkim çağırmalıdır. "Təcili yardım"a zəng vurduğu zaman həmin şəxsdən hansı əlamətlərin olduğu soruşulur. Yüksək hərarət və s. şübhə yaradan əlamətlər olduğu halda və test etmək istədiyini dedikdə təcili yardım həkimləri şübhəlini lazımı müayinələrdən keçirəcək və uyğun olaraq yönləndirəcək”.

Koronavirus mövzusunun davamı olaraq: