Körpələrdə ilk çıxan dişlər süd dişləridir və əsasən 6 ay - 1 il arasında çıxır. Bir çox uşaqda 20 ədər çıxan süd dişləri 3 yaşda tamamlanır və 6-7 yaşa qədər iş görür. Bəzi körpələrin ağzında doğuluşdan etibarən bir neçə diş olur, bəzilərinin isə ilk yaş günlərinə qədər dişləri çıxmır. Valideynlər hər körpənin xüsusi inkişaf müddətinə malik olduğunu anlamalıdırlar.

Körpələrdə diş çıxarma dönəmi



Körpələr üçüncü aydan etibarən dünyanı ağızla kəşf etmə dönəminə qədəm qoyurlar. Bu zaman əlləri ağzına soxmaq, tüpürməyin artması və nəsnələri ağzına salmaq kimi davranışlar artır. Bu davranışlar bəzi valideynlər tərəfindən diş çıxarmaqla əlaqələndirilir. Ancaq bu davranışlar inkişaf dönəminin bir hissəsidir və diş çıxarmaqla əlaqəsi yoxdur. İlk dişlər əsasən 6 ayın tamamına yaxın müddətdə çıxır. Ancaq bu müddət bir ilə qədər uzana bilər. Uşaq 3 yaşına çatdıqda bütün süd dişləri çıxır və ağzında 20 ədəd süd dişi olur. Uşaq 4 yaşına çatdıqda çənə və üz sümükləri böyüməyə başlayır və süd dişlərinin arasında boşluqlar meydana gəlir. Bu, əsl və qalıcı dişlərin çıxması üçün lazımi sahənin əldə edilməsini təmin edən təbii böyümə prosesidir. 6-12 yaşlarda ağızda həm süd dişləri, həm də qalıcı dişlər olur.

Körpələrdə diş çıxarma əlamətləri hansılardır?


Qeyd etdiyimiz kimi, körpə 3 ayından etibarən ağız davranışları ilə fərqlənməyə başlayır. Diş çıxarma əlamətləri aşağıdakılardır:

- Pis əhval-ruhiyyə
- Yuxu problemi
- İştahsızlıq
- Qəbizlik və ya ishal
- Tüpürcəyin artması
- Qulaqlarda ağrı və ya qaşınma
- Çəki azalması

Körpələrdə diş çıxarma cədvəli


- Ön üst dişlər: 6-8 aylıq olarkən çıxır və 6-7 yaşında tökülür.
- Üst yan dişlər: 9-11 aylıq olarkən çıxır və 7-8 yaşında tökülür
- Üst köpək dişləri: 16-20 aylıqda çıxır və 10-12 yaşda tökülür.
- Üst kiçik azılar: 12-16 aylıqda çıxır və 9-11 yaşda tökülür.
- Üst böyük azılar: 20-30 aylıqda çıxır 10-12 yaşında tökülür
- Alt ön dişlər: 5-7 aylıqda çıxır və 6-7 yaşında tökülür
- Alt yan dişlər: 10-12 aylıqda çıxır və 7-8 yaşında tökülür.
- Alt köpək dişləri: 16-20 aylıqda çıxır və 9-12 yaşında tökülür.
- Alt kiçik azılar: 12-16 aylıqda çıxır və 9-11 yaşında tökülür.
- Alt böyük azılar: 20-30 aylıqda çıxır və 10-12 yaşda tökülür.

Körpələrin diş çıxarma dönəmində nələrə diqqət edilməlidir?

Diş çıxarmaq körpədə böyük problemlər yaratmadan tamamlanır. Lakin yüksək hərarət və dişin çıxdığı hissədə narahatlıq, şişkinlik ola bilər. Valideynlər körpələrinin diş ətini xəfif hərəkətlərlə masaj edə bilərlər.

Diş çıxarmaq dönəmində bədən hərarətinin azacıq yüksəlməsi gözləniləndir. Ancaq bu qızdırma adətən 38 dərəcədən yüksək olmur. Əgər körpənin hərarəti aşağı düşmürsə, həkimə müraciət edilməlidir. Qızdırmanın səbəbi hər hansı bir infeksiyadırsa, həkim buna uyğun müalicə aparmalıdır.

Körpələrdə dişə qulluq necə edilməlidir?

Süd dişlərinin sağlam şəkildə inkişafı, dişlərin çürüməsinin qarşısının alınması gələcəkdə çıxan qalıcı dişlərin sağlamlığına da müsbət təsir göstərir. İlk çıxan dişləri körpələr üçün nəzərdə tutulan fırçalarla gündə iki dəfə fırçalamaq lazımdır. Yumşaq tüklü fırçalara üstünlük verilməlidir. Fırçalamadan sonra körpənin ağzı təmizlənməlidir. Övladınız 3 yaşına çatdıqda onun diş məcununu və fırçasını dəyişdirməlisiniz.