Körpələr su içməlidirmi sualı valideynləri hər bir valideyni düşündürən sualdır. Yeni doğulanlara su verilib-verilməsi barədə müxtəlif fikirlər səslənir.

Yenidoğulmuş körpə baxımı, diqqət və həssaslıq tələb edən bir dövrdür. O qədər ki, yeni doğulmuş körpə doğulmağa uyğun bir şəkildə inkişaf etsə də, hələ də bir çox cəhətdən inkişafına davam edir. Körpə inkişafının bəlkə də ən həssas dövrü olan bu dövrdə, qidalanmadan yuxuya qədər inkişafın hər tərəfində şüurlu hərəkət etmək lazımdır. Bu baxımdan yeni doğulmuş körpənin ana südü ilə qidalanmasına maksimum diqqət yetirmək vacibdir. Beləliklə, yeni doğulmuş körpənin su ehtiyacını necə ödəmək lazımdır?

Ümumiyyətlə, körpələr nə zaman su içməlidir?


Qiymətli bir qida mənbəyi olan ana südü dünyaya yeni göz açan körpənin bütün ehtiyaclarını qarşılayır. Bu baxımdan ananın yalnız ana südü ilə qidalanan körpəsinə su verməsinə ehtiyac yoxdur. Su körpəyə zərər vermir. Ancaq körpəyə su verilməməsinin əsas səbəbi onsuz da çox az miqdarda qidalanan körpənin ana südü əvəzinə su içməsini əngəlləməkdir.

Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun bununla bağlı paylaşdğı məlumatda bildirilir ki, yeni doğulandan sonra 6 ay ərzində mütləq ana südü tövsiyə olunur. Onun sözlərinə görə, ana südü qəbul edən körpələrin su daxil heç bir şeyə ehtiyacı yoxdur (D vitamini verilməlidir). Çünki ana südünün 70-80 faizi sudur.


Süni qidalar su ilə hazırlandığına görə bu körpələrin də isti havalar da daxil suya ehtiyacları yoxdur. Əksinə, verilən su körpənin ana südü və ya süni qidaya qarşı istəyini azaldır, bu da onların böyümə və inkişafına mənfi təsir göstərir.


Körpələrə su verməyə əlavə qidalanmaya keçən zaman, 6 aydan sonra başlanıla bilər. 1 yaşa qədər uşaqlara qaynanmış ilıq su verilməsi məsləhətdir. Hər şəraitdə verilən suyun təmizliyinə və uşaqlara uyğun olmasına diqqət edilməlidir. Valideynlərin körpələrə vaxtından əvvəl şəkərli su və meyvə suları verməsi ən çox edilən xətalardandır.

e-tibb.az