Kofein dünyada ən çox istehlak edilən psixoaktiv maddədir. Şübhəsiz ki, bir çoxumuza özümüzü daha ayıq hiss etməyimizə kömək edən kofein, axşam qəbul edildikdə belə, yuxumuzu gecikdirə bilər.

Yuxunun olmaması isə son nəticədə beyindəki boz maddəyə təsir göstərir. Belə olan halda, müntəzəm kofein istifadəsi yuxusuzluğun səbəb olduğu beyin strukturunda dəyişiklik yarada bilərmi?


15 fevral 2021-ci il tarixində “Cerebral Cortex”də dərc olunan araşdırmada bu sualın cavabı axtarılıb. Araşdırmanın nəticələrinə görə, çalışma çərçivəsində qəbul edilən kofein qeyri-kafi yuxuya səbəb olmayıb. Ancaq beyindəki boz maddədəki dəyişikliklər təəccüblü idi.

Boz maddə mərkəzi sinir sisteminin əsasən sinir hüceyrələrinin hüceyrə cisimlərindən ibarət olan hissələrini ehtiva edir; ağ maddə isə sinir hüceyrələrinin uzun uzantıları olan sinir yollarını əhatə edir. Araşdırma çərçivəsində müntəzəm olaraq qəhvə içən 20 sağlam gəncin beyin skanları yoxlanılıb. İki 10 günlük müddətdə istifadə etmələri üçün tablet verilən iştirakçılardan bu müddət ərzində başqa heç bir kofein qəbul etməmələri istənilib. Araşdırmanın ilk mərhələsində iştirakçılara kofein ehtiva edən həblər, ikinci mərhələdə isə üçün hər hansı bir aktiv tərkib hissəsi olmayan tabletlər verilib. Hər iki 10 günlük dövrün sonunda tədqiqatçılar beyin skanları ilə iştirakçıların beynindəki boz maddənin həcmini araşdırıblar. Bundan əlavə, yuxu laboratoriyasında iştirakçıların yuxu keyfiyyətini qiymətləndirmək üçün beynin elektrik fəaliyyəti (EEQ) də qeydə alınıb.


Məlumatların müqayisəsi iştirakçıların yuxu dərinliyinin bərabər olduğunu ortaya qoyub. Lakin boz maddədə əhəmiyyətli fərqlər müşahidə edilib. Fərq xüsusilə sağ medial temporal lobda, o cümlədən yaddaşın konsolidasiyası üçün vacib olan beynin bölgəsi olan hipokampusda nəzərə çarpıb. Araşdırma qrupu gündəlik kofein istifadəsinin beyin strukturuna təsir etdiyini, bu təsiri daha dərindən öyrənmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edib.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.