Yetkin insanlar dəqiqədə orta hesabla 10-15 dəfə göz qırpırlar. Körpələrdə isə bu göstərici dəqiqədə iki dəfədir. Uşaqlıq və yeniyetməlik dövründə göz qırpmalarının sayı artır, maksimum həddinə çatır.


Göz qırpmağın əsas məqsədlərindən biri gözü daim nəm saxlamaqdır. Körpələrdə gözün ön hissəsinin xarici dünya ilə təmasda olan hissəsi böyüklərlə müqayisədə daha kiçik olduğu üçün körpənin gözü daha gec quruyur, yəni daha gec nəmləndirməyə ehtiyac duyur. Körpələrin uzun yuxu müddətləri də gözlərinin daha uzun müddət nəmli qalmasına şərait yaradır.


Böyüklər yüksək diqqət və ya vizual izləmə tələb edən durumlarda daha az göz qırpırlar. Eynilə, körpələrin inkişaf etməyə başladıqları vizual təcrübə ilə davamlı olaraq xarici dünyaya anlam vermə və tanımağa istiqamətlənmə cəhdlərinin göz qırpma sayını azaltdığı düşünülür. Göz qırpma davranışı beyində dopamin adlanan kimyəvi siqnal daşıyıcısının miqdarına görə dəyişir. Bəzi tədqiqatçılar hesab edirlər ki, körpələrdə dopamin sistemi hələ zəif inkişaf etdiyi üçün göz qırpma sayı da az olur.