Ətraf mühitin temperatur rejiminin müəyyən edilməsi ilə bağlı kişilər və qadınlar arasında fikir ayrılığı ehtimalı heç də aşağı deyil. Cinsiyyətlə əlaqəli ola biləcək bioloji və fiziki fəaliyyətdəki fərqlərə diqqət yetirmək, problemi həll etməsə belə, ən azından tərəflərin bir-birini başa düşməsinə kömək edir.


Qadınların temperaturun enməsinə qarşı həssaslığının əsas səbəbi onların metabolizmalarının da az sürətli olmasıdır. İstirahət halında qadın metabolizmasının sürəti kişi metabolizmasından 23% aşağıdır. Aşağı metabolik sürət isə daha az istilik enerjisi istehsalına səbəb olur. Buna görə də qadın orqanizmi itirdiyi istiliyi bərpa etməkdə çətinlik çəkir. Maddələr mübadiləsinin sürəti və ətraf mühitlə istilik mübadiləsinin səviyyəsinə təsir edən amillər arasında kişi və qadının əzələ və yağ toxuması nisbətlərinin fərqliliyi də yer alır. Əzələ toxuması istiliyi biruzə vermək mövzusunda çox uğurludur. Bu da kişilərin metabolizmasının sürətli olmasının əsas səbəblərindən biridir. Adətən qadınların dərisi ilə əzələləri arasında daha çox yağ toxuması olur. Yağ toxuması dərini isti qan damarlarından uzaqlaşdırdığı üçün soyuqluq hissini gücləndirir.


Qadınların soyuq mühitdə daha asan istilik itirirməsi bədən həcmlərinə uyğun səth sahəsinin nisbətlərinin kişilərdən daha yüksək olması ilə əlaqələndirilə bilər. Qadın orqanizmi aşağı metabolizma sürətindən dolayı daha az istilik istehsal edir. Eyni mühitdə ölçü aparıldıqda qadının əl istiliyinin kişinin əl istiliyindən 1,5 °C daha soyuq olduğunu göstərən araşdırmaa mövcuddur. Qadın orqanizmində daha yüksək miqdarda olan hormonlar da bədən istiliyinə və dəri vasitəsilə istilik itkisinin sürətinə təsir göstərir. Məsələn, estrogen hormonu bədən istiliyinin azalmasına səbəb olur. Həmçinin, əl və ayaqlara qan axınını yavaşladaraq bədəni soyuğa qarşı daha həssas hala gətirir.