İqtisadiyyat Nazirliyinin strukturunda dəyişikliklə bağlı Prezidentin yeni fərmanı startap ekosistemə necə təsir edəcək?

Bu mövzuda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz facebook səhifəsində paylaşım edib:

Düşünürəm ki, Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi doğru yanaşmadır. Yəni, əslində iqtisadi inkişafa cavabdeh qurum bu fərmanla daha geniş səlahiyyətlər və təsir imkanları qazanmış oldu.


İndiyədək, adətən startaplarla bağlı tənzimləyici tədbirlərdə VN , DGK və s. bu tipli qurumların rolu yüksək olurdu və aktiv iştirak edirdilər.
Yəni, bu qurumlar adətən öz səlahiyyətləri çərçivəsində startaplardan , biznesdən alınacaq vergi və rüsumları önə çəkirdilər :)
Yeni Nazirlikdə isə hər iki səlahiyyət, iqtisadi inkişaf üçün minbit şərait yaratmaq və həm də effektiv vergi siyasəti cəmləşib.

Eyni zamanda Antiinhisar qurumunun da bu Nazirliyin tərkibinə daxil edilməsi haqsız qəqabətin, dövlət inhisarçılığının qarşısının alınmasında mühüm rol oynaya biləcək.
Təxminən bir il olardı ki Antiinhisarın heç strukturu , Əsasnaməsi təsdiq edilməmişdi .Yeni fərmanla Antiinhisar xidmət xeyli güclənə biləcək.
Prezidentin haqsız rəqabətlə, məmur biznesi ilə bağlı yeni nazirə verdyi tapşırıq isə həm də yeni bir dalğanın, məmurların biznesə müdaxiləsinin , məmur biznesinin , deputat biznesinin qarşısının alınmasına start verəcək.

Startaplar sahəsində tənzimləmə indiyədək əsasən həm Vergilərdə və həm də İN tərkibində olan KOBİA (
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) da cəmlənmişdi.

VN-nin müəyyən etməli olduğu startap üçün meyarlar hazır olmadığından KOBİA Startap Şəhadətnaməsini indiyədək də təqdim edə bilmirdi.

İndi bu səlahiyyət eyni bir qurumda, İqtisadiyyat Nazirliyindədir.

Düşünürəm ki bununla da startap ekosistemin inkişafında yeni mərhələ , inkişafa daha ciddi təkan verəcək çevik qərarların qəbul edilməsi mərhələsi başlayacaq.