24 yaşlı qadın ona pul verməyən sevgilsindən görün necə qisas aldı.

ABŞ-da 24 yaşlı Serina Volf adlı qadın səyahət xərclərini ödəməyən sevgilisinə etdiyi hərəkətə görə ömrünün bir neçə ilini həbsxanada keçirməli olacaq.

Florida ştatında yaşayan 24 yaşlı Serina sevgilisinə Nyu-York-a gəzməyə gedəcəyini və xərclərini qarşılamağını söyləyib.

Sevgilisinin ona pul verməyəcəyini eşidən Volf onun kredit kartını oğurlayıb bir restorana gedib.

Orada yeyib-içdikdən sonra sevgilisinin kredit kartı ilə ofisianta 5 min dollar "çayvoy" verib.


Kredit kartı oğurlanan 29 yaşlı Michael Crane-nin şikayəti əsasında barəsində oğurluq ittihamı ilə cinayət işi açılan Serina Volf həbs edilib.

milli.az