Arıqlamağı planlaşdıranlar üçün ağıla ilk gələn məşqlər arasında qaçmaq xüsusi rol oynayır. Qaçış, şübhəsiz ki, arıqlamağa kömək edən ən təsirli məşqlərdən biridir. Qaçmağı sevməyənlər üçün gözəl təkliflərimiz var. Üstəlik, bu məşqlər qaçmaqdan daha çox kalori yandırır.

İplə tullanma


İplə tullanma çox sadə bir məşq kimi görünsə də, koordinasiyanı ideal səviyyədə yaxşılaşdırır. 45 dəqiqəlik iplə tullanma seansında təxminən 372 kalori yandıra bilərsiniz.

Üzmək


Üzmək həm kalori yandırmaqla yanaşı, diabet, insult, ürək çatışmazlığı kimi xəstəliklərin qarşısını almaq üçün əla vasitədir. Üzmək əzələləri gücləndirməyə kömək edir, koordinasiyanı yaxşılaşdırır. Bir saat üzməklə təxminən 409 kalori ilə vidalaşacaqsınız.

Step aerobika


Aerobika idman salonlarında ən cəlbedici fəaliyyətlərdən biridir və əsasən əhval-ruhiyyəni yaxşılaşdıran orta templi musiqilər ilə müşayiət olunur. Bu məşq təkcə yağ yandırmaqda deyil, həm də ürək-damar sağlamlığınızı yaxşılaşdırmaqda faydalıdır. Bir seansda təxminən 372 kalori yandıran step aerobikası, oynaqları gərginləşdirmədiyi üçün osteopeniya və ya osteoporozu olan insanlar tərəfindən asanlıqla həyata keçirilə bilər.

Velosiped


Velosiped sürməklə kalori itirmək məşqin intensivliyi ilə sıx bağlıdır. Sürərkən bəzi interval sprintləri əlavə etmək də təsirli ola bilər. Velosiped sürmək əzələləriniz və ürəyiniz üçün faydalıdır. 1 saat velosiped sürməklə orta hesabla 614 kalori yandırmaq mümkündür.

Burpee


Burpee, heç bir avadanlığa ehtiyac duymadan öz bədəninizdən istifadə edərək edə biləcəyiniz bir məşq növüdür. Bütün bədəndə əzələ reaksiyası yaradır, intensivlikdən asılı olaraq dəqiqədə 10 kalori itirməyə imkan verir. Bütün bir məşq ərzində orta hesabla 316 kalori itirirsiniz.

Bonus: Uşaqlarla oynamaq

Uşaqlarınız varsa və idmanla məşğul olmağa vaxt tapa bilmirsinizsə, uşaq qulluğu ilə idmanı birləşdirin. Necə? Mütəxəssislər bir saat oyun oynamağın təxminən 372 kalori yandırdığını bildirirlər.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.