“Qalatasaray” “Leyptsiq”in sol cinah müdafiəçisi Marselo Saraççini heyətinə qatmağa hazırlaşır.


İstanbul təmsilçisi 21 yaşlı futbolçunu 1,5 illik icarəyə götürüb. Tərəflərin anlaşdığı və transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. Saraççinin gəlişindən sonra "sarı-qırmızılar"ın yaponiyalı müdafiəçi Yuto Naqatomo ilə yolları ayıracağı gözlənilir.

“Leyptsiq” uruqvaylı futbolçunu 2018-ci ildə “River Pleyt”dən 12 milyon avroya transfer etmişdi.

qafqazinfo.az