“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-ə keçirəcəyi matçın biletləri artıq satışa çıxarılıb.


Ağdam klubunun rəsmi feysbuk səhifəsinin yaydığı məlumata görə, biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 50 və 75 AZN-dir.


Biletlərin satış məntəqələri:

  • Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
  • Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
  • Park Bulvar AVM (iticket satış məntəqəsi)
  • ASAN 2, 3 (Yasamal, Amay t/m) 
  • İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq və CBC Sport kanalından canlı yayımlanacaq.

Qarabağımıza uğurlar arzu edirik!