Burun çevrəsindəki sinusların iltihablanması nəticəsində yaranan xəstəlik olan qaymoritdən (sinuzit) bir çox insan əziyyət çəkir. Məqaləmizdə qaymoritlə bağlı bütün sualları cavablandırmışıq.

Qaymoritə yaxşı təsir edən bitkilər

1. Zəncəfil



Toz və ya çay formasında istifadə edilə bilən zəncəfil bronxları və hava kanallarını açmağa kömək edir. Qaymorit olduqda nəfəs alıb-vermək çətindir. Sinuslardakı iltihablanmanı boşaltmaq üçün də zəncəfil istifadə edilir.

2. Alma sirkəsi


İnsan sağlamlığı üçün faydalı olan alma sirkəsi qaymoritin müalicəsində də istifadə olunur. Alma sirkəsi buxarı sayəsində sinus kanalları açılır və iltihablanma aradan qaldırılır.

3. Limon


C vitamini qaynağı olan limon tənəffüs yolu infeksiyalarının aradan qaldırılmasında və qaymoritin müalicəsində yaxşı təsirə malikdir. Limon sinuslarda iltihab yaranmasının qarşısını alır.

4. Zeytun yağı


Qaymoritin yaratdığı baş ağrısını və burun çevrəsindəki tıxanıqlığı aradan qaldırmaq üçün zeytun yağı istifadə edilir. Burun kənarlarını zeytun yağı ilə masaj edərək qaymorit ağrılarını zəiflətmək olar.

5. Çobanyastığı çayı


Bronxların, sinusların və burun tutulmasının açılmasını təmin edən çobanyastığı çayı, eyni zamanda boğazda yığılan mikrobları da öldürür. İmmun sistemini gücləndirən çobanyastığı çayı qaymorit problemlərinin qarşısını alır.

6. Evkalipt yağı


Evkalipt yağı ağciyərlər üçün faydalıdır. Qaymorit zamanı evkalipt yağı ilə üz ətrafını masaj etmək həm sinus kanallarının açılmasına, həm də ağrıların azalmasına kömək edər.

7. Sarımsaq


Təbii antibiotik olan sarımsaq möcüzəvi təsirləri sayəsində qaymoriti sağaltmağa kömək edir.

8. Zərdəçal


Xüsusən balla qarışdırıldıqda təsirli bir təbii qida mənbəyi olan zərdəçal sinuslara təsir edir və sinus kanallarının açılmasını təmin edir. Tərkibindəki vitaminlər vəminerallar sayəsində iltihabın qurumasına səbəb olur.

9. Acı bibər


Acı bibər yediyimiz zaman üzümüzün hər yerindən hava aldığını hiss edirik. Acı bibər beyində rahatlanmanı bildirən bir siqnal yaradır və sinusların açılmasını, toksinlərin xaric olunmasını təmin edir.

10. Kəklikotu yağı


Qaymorit ağrıları bəzən dözülməz hal alır və insanı yatağa salır. Bu ağrılardan və baş gicəllənməsindən qurtulmaq üçün kəklikotu yağı istifadə etmək olar.

Qaymoriti sağaltmağa kömək edən məhsullar

1. Aksu Vital Propolis zəncəfil



Bu məhsul orqanizmdə yığılan radiasiyanı xaric edərək rahatlıq yaradır. Çəkisi 350 qram olan məhsulun qiyməti də münasibdir.

2. Bade Naturan evkalipt uçucu


Mövsümü allergiyaları aradan qaldıran, tənəffüs yoluna kömək edən Bade Natural evkalipt yağı, güclü təsiri ilə diqqət çəkir. 50 ml ölçüdə satışa çıxarılır.

3. Arifoğlu Orqanik alma sirkəsi


Arifoğlu-nun orqanik alma sirkəsi infeksiyaları yox etməyə kömək edir. Tərkibindəki vitamin və minerallarla sağlamlığınızı qoruyur.

4. TheLifeCo orqanik zərdəçal tozu


Qaymaritin müalicəsində istifadə olunur. Antioksidant həcmini artıran məhsul immun sistemini gücləndirir.

5. Arifoğlu kəklikotu yağı



Ürək xəstəliklərinə, xərçəngə, dispraksiyaya qarşı təsir göstərən kəklikotu yağı qaymoritin müalicəsində də istifadə edilir. Məhsul immun sistemini gücləndirir və xəstəliklərin önünə keçir.

Qaymoritlə bağlı tez-tez verilən suallar

Qaymorit nədir?



Qaymorit, sinusların iltihablanması və şişməsi nəticəsində əmələ gəlir. Üst tənəffüs yolu infeksiyaları qaymoritə yol açır. Qaymoritin iki növü var: akut və xroniki. Akut qaymorit birdən yaranır. Bu xəstəlik infeksiya səbəbilə sinusların dolması nəticəsində yaranır. Xroniki qaymorit zamanı uzunmüddətli müalicəyə ehtiyac olur.

Sinus nədir?

Sinus, burun və göz çevrəsində sümüklərdə olan boşluqlardır. 4 fərqli sinus var:

Frontal sinus (alında, gözün üstündə olur)

Maksiller sinuslar (burnun iki tərəfində üst çənə sümüyündə olu)

Etmoid sinuslar (gözlərin arasında və arxasında olur)

Sfenoid sinuslar (burun boşluğunun arxasında olur)

Qaymoritin əlamətləri hansılardır?


Burun tıxanıqlığı
Sarı, yaşıl rəngli və ya qanlı burun axıntısı
Göz çevrəsində və yanaqlarda ağrı
Başda təzyiq hissi
Pis ağız qoxusu
Qızdırma
Yorğunluq, halsızlıq
Xroniki öskürək
Qulaqlarda ağrı və təzyiq hissi

Qaymorit necə yaranır?

Qaymoritin yaranmasının əsas səbəbi burun boşluğuna açılan dar kanalların tıxanmasıdır. Sinuslar havasız qalır və mikroorqanizmlər əmələ gəlir. Yaranan infeksiyalar burun suyunun rəngini dəyişir.

Qaymorit niyə əmələ gəlir?

Sağlam sinuslarda bakteriya olmur. Sinus kanalları tutulduqda bakteriyalar və mikroblar asanlıqla çoxalır. Qaymorit infeksiyalarının əksəriyyətinə virus səbəb olur.

Qaymoritə necə diaqnoz qoyulur?

Qaymoritə səbəb olan problemləri olan insan həkimə müraciət etməlidir. Həkim fiziki müayinə edərək qaymoriti aşkarlayır. Bundan əlavə, rentgen, tomoqrafiya və burnun endoskopik müayinəsi də aparılır. Xroniki qaymoritdə müayinə tomoqrafiya nəticəsində edilir.

Qaymorit hansı xəstəliklərə yol açır?

Qaymorit müalicə edilməli olan bir problemdir. Əks təqdirdə, digər xəstəliklərə səbəb ola bilər.

Ağciyər infeksiyaları
Meningit
Bronxit
Tonsillit
Beyin apsesi və s.

Evdə qaymoritin müalicəsi necə aparılır?

Üzə tez-tez ilıq dəsmal qoymaq lazımdır. Bir stəkan suya bir çay qaşığı duz və karbonat əlavə edib qarışdırın. Bu qarışıqla səhər və axşam burnunuzu yuyun. Evdə nəmləndirmə cihazı istifadə edin. Başınızı önə doğru əyməyin. Siqaretdən uzaq olun. İdman edin və üst tənəffüs yolu infeksiyası keçirən insanlarla yaxın təmas qurmayın.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.