Diş ağrısının şikayətləri və əlamətləri də insandan-insana dəyişə bilər. Bəzi insanlarda ağrı fasilələrlə, bəzilərində isə davamlı ola bilər.

Stomatoloq Arzu Tekkeli diş ağrısının ən çox rast gəlinən səbəbləri arasında diş çürüməsi, dişin daxili strukturunda iltihablanma, diş bütövlüyünün pozulması, diş əti xəstəlikləri və diş həssaslığının olduğunu bildirib. O, “Diş ağrısı heç vaxt diqqətdən kənarda qalmamalıdır. Diş ağrısı ilə birlikdə qızdırma, dişləmə və ya çeynəmə zamanı kəskin ağrı, diş ətrafında narahatlıq və həssaslıq, soyuq və isti içkilərə qarşı həssaslıq kimi simptomlar müşayiət oluna bilər” – deyə bildirib. Sadə diş ağrılarından qurtulmağın yolları bunlardır:

Duzlu su qarqarası


Diş ağrısından əziyyət çəkən bir çox insan bu vəziyyətdən qurtulmaq üçün əvvəlcə duzlu su ilə qarqara etməyi üstün tutur. Duzlu su təbii dezinfeksiyaedicidir və həmçinin dişlərin arasındakı qida qalıqlarını təmizləməyə kömək edir. Duzlu su ilə qarqara zamanı ağız boşluğunda yaranan yaralardakı iltihabı azaltmaq olar. Bir stəkan suya yarım çay qaşığı duz əlavə edərək qarqara edə bilərsiniz.

Soyuq tətbiqlər


Ağrı bölgəsinə qoyulan soyuq tətbiqlər xüsusilə də əsas səbəbin travma olduğu hallarda təsirli bir yanaşma ola bilər. Soyuq tətbiqlər zamanı istiliyin azalması ilə əlaqədar nahiyədəki damarlar daralır. Bu şəkildə ağrı hissində bir qədər azalma baş verir.

Sarımsaq


Sarımsaq min illərdir sağlamlığa verdiyi müxtəlif töhfələrə görə həm ənənəvi tibb praktikalarına, həm də reseptlərə daxil edilmiş bir qidadır. Sarımsaq dişlərdə çöküntü meydana gəlməsinə səbəb olan zərərli bakteriyaları aradan qaldırmağa kömək edir, həmçinin ağrıları yüngülləşdirir. Sarımsaq əzilərək məcun halına gətirilir, sonra ağrı olan nahiyəyə sürtülür. Bəzi insanlar çiy sarımsağı ağrıyan dişləri arasında çeynəməyi üstün tuturlar.

Mixək


Mixək də sarımsaq kimi uzun illərdir diş ağrısına qarşı istifadə edilir. Mixəyin tərkibindəki yağ ağrı hisslərini idarə etməyə və bu bölgədəki iltihabı azaltmağa kömək edir.

Kəklikotu


Kəklikotu çox güclü antibakterial və antioksidant xüsusiyyətləri olan bitkidir. Bir damcı kəklikotu yağını bir stəkan suya əlavə edib, bu qarışıqla qarqara edə bilərsiniz.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.