Sarımsaq, insanların qida və tibbdə istifadə etdikləri ən qədim məhsullardan biridir. Dörd min əvvəl Orta Asiya, İran və Pakistanda yetişdirilib. Antik misirlilər qida kimi və tibbi məqsədlərlə sarımsaqdan istifadə ediblər. Firon Tutanhamonun məzarı qazılarkən oradan sarımsaq başları tapılıb.

Sarımsağın kəskin qoxusu hər kəs tərəfindən sevilməyə bilər. Qədimdə romalılar və yunanlar sarımsağı məhz kəskin qoxusuna görə sevmirdilər. Ancaq dövrümüzdə sarımsaq bütün Avropada yetişdirilir və bir çox ölkələrin mətbəxlərində istifadə olunur.

Sarımsağın immun sisteminə təsirləri


Sarımsaq tərkibindəki maddələr sayəsində immunitetə güclü təsir edir. Soyuqdəymə və qrip kimi problemlərə qarşı antibiotik kimi sarımsaqdan istifadə olunur.

Sarımsaq həm yeməklərə verdiyi ləzzətə, həm də sağlamlığa olan faydasına görə üstün tutulur. İmmunitetin güclənməsi üçün vacib məhsul olan sarımsaq, üst tənəffüs yollarının yoluxucu xəstəlikləri üçün böyük təsirə malikdir. Xüsusən qış aylarında bolluca istifadə olunmalıdır.

Sarımsağın tərkibində olan maddələr sayəsində bəlğəm kimi problemlərin öhtəsindən gəlmək mümkündür. Sarımsağın digər faydaları aşağıdakılardır:

- Bağırsaqlardakı patogen mikrofloradan qurtulmağa kömək edir, mədə suyunun bərpasına kömək edir, qidanın həzm olunmasını asanlaşdırır. Sarımsaq şişkinlik, kplit, enterokolit, qəbizlik kimi problemlərin həllində istifadə olunur.

- Pis xolesterol səviyyəsini aşağı salır, qan damarlarının divarlarını daha elastik hala gətirir. Qan laxtalanması və infarktın əmələ gəlməsinə mane olur. Ürək üzərindəki stressi azaldır, ürək əzələsinin təsirini artırır və qan dövranını yaxşılaşdırır.


- Tərkibindəki allisin sayəsində sarımsaq xərçəngin inkişafına mane ola bilər. Bu maddə hüceyrələrə mənfi təsir edə biləcək sərbəst radikalları xaric edir.

- Hüceyrə yenilənməsini sürətləndirdiyi, ödü balacalaşdırdığı və daş yaranmasını əngəllədiyi üçün qaraciyər və öd kisəsi xəstəliklərinin müalicəsində istifadə olunur.

- Sinir sisteminin normallaşması və stresə qarşı faydalıdır. Yaşlılarda iflic yaranmasını əngəlləyir.

- Uşaqların sağlamlığı, xəstəliklərdən qorunması üçün faydalıdır.

- Yaraların, ləkələrin aradan qaldırılmasında istifadə edilir.