Elm adamları səhərlər hansı içkinin daha faydalı olduğunu açıqlayıblar.

Braziliya, ABŞ, Fransa və Almaniyadan olan bir qrup alim səhər nə içməyin daha yaxşı olması ilə bağlı araşdırma aparıblar.

Səhər evdən çıxmadan sadəcə bir fincan qəhvə içən bir çox insan var. Qəhvənin səhər yeməyindən sonra olması şərti ilə 9.00 ilə 11.30 arasında içildikdə müsbət təsirləri ən yüksək səviyyədə olacaq. Səhər yeməyi ilə qəhvə arasında 1 saat vaxt olmalıdır. Ağır yeməkdən sonra qəhvə içmək də həzm prosesinə böyük qatqı təmin edəcək. Ancaq yeməkdən sonra qəhvə içmək qida içərisində bəzi faydalı maddələrin udulmasının qarşısını alacaq. Araşdırma nəticəsində məlum olub ki, səhər qəhvə içmək daha faydalıdır. Alimlərə görə, bu içki insanı gümrah etməklə bərabər bədənin qocalmasına səbəb olan koqnitiv pozğunluqla effektiv mübarizə aparmağa kömək edir.


Alimlər, bununla bağlı laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Kofenin beynin normal işləməsini stimullaşdıra bildiyi və qocalma sürətini azaltdığı açıqlanıb.

ÜRƏK SAĞLIĞI ÜÇÜN FAYDALIDIR

İllərdir aparılan araşdırmalar qəhvədə kofeinin olduğunu sübut etdi və kofenin orqanizmə zərərli olduğuna baxmayaraq, tədqiqatçılar bunun əksini göstərən çoxlu sübutlar tapdılar.

Bundan başqa, qəhvə öd daşının meydana gəlməsinin qarşısını alır və qaraciyər sirrozu riskini azaldır.


Mütəxəssislər, bu içkini şəkər və qaymaqsız qəbul etməyə çağırır.

Qəhvənin faydaları nələrdir?


1- Zehni açır və enerji verərək canlılığı təmin edir. Səhər qəhvə oyanmağa və diqqəti cəmləməyə kömək edir.
2- Qəhvə içən insanların yaşlandıqlarında belə daha yaxşı düşünmə qabiliyyətinə sahib olduqları müəyyən edilmişdir.
3- Həzmə kömək edir. Bağırsaqların işini tənzimləyir.
4- Antioksidandır və dəri üçün yaxşıdır. Xüsusilə selülitə qarşı müsbət təsir göstərir.
5- Safra daşlarına və siroza qarşı qoruyucudur.
6- Zehni depressiya üçün xeyirlidir.
7- Ağrı kəsicilərin təsirini dəstəkləyir.

e-tibb.az