Səs batıqlığı əsasən uzun müddət danışmaq, uca səslə danışmaq, qışqırmaq və larengit kimi qırtlaqda əmələ gələn iltihablanmalar nəticəsində yaranır. Səs batıqlığından qurtulmaq üçün bitki mənşəli içkilər, qidalar istifadə edə bilərsiniz. Səs batıqlığını aradan qaldırmağa kömək edən bitki çaylarını təqdim edirik.

1. Zəncəfil çayı


Zəncəfilin faydaları saymaqla bitmir. Antibakterial xüsusiyyətə və iltihabönləyici təsirə malikdir. Zəncəfil üst tənəffüs yolunda infeksiyalara qarşı güclü mübarizə aparır. Yemək və salatlarda istifadə edildiyi kimi, çay şəklində də dəmləyib içmək olar. Səslə işləyən peşəkarlar tez-tez zəncəfil çayı içirlər. Səs tellərini qıcıqlanmadan qoruyan zəncəfil, boğazı rahatlaşdırır və səsin əvvəlki halına qayıtmasını təmin edir.

2. Ekineziya çayı


Üst tənəffüs yolları infeksiyalarına qarşı təsirli olan ekineziya, bir çox infeksion xəstəliyin müalicəsində istifadə edilir. Allergiya və soyuqdəymənin müalicəsində təsirli rola malikdir. Səs batıqlığını aradan qaldırmaq üçün də istifadə olunur.

3. Sarımsaq çayı


Təbii antibiotik olan sarımsaq, hər dərdin dərmanıdır. Səs batıqlığına qarşı da olduqca təsirlidir. Güclü təbii antibiotik olan sarımsaq, bu xüsusiyyəti sayəsində sağaldıcı təsir göstərir. Sarımsaq iltihab əsaslı səs batıqlığını sağalda bilir. Sarımsağı çiy halda və yeməklərə əlavə edərək yemək olar. Bundan əlavə, 1-2 diş doğranmış sarımsağa bal və alma sirkəsi əlavə edərək təbii müalicə vasitəsi hazırlamaq mümkündür.

4. Çobanyastığı çayı


Öskürəyin müalicəsində istifadə olunan çobanyastığı çayı, larengitin müalicəsində də təsirli rol oynayır. Çobanyastığı çayı əsasən yuxusuzluğa qarşı nəzərdə tutulsa da, əslində, bir çox sağlamlıq problemini aradan qaldırmağa kömək edir. Çobanyastığı çayına bal əlavə edərək təsirini daha çox artıra bilərsiniz.

5. Limon çayı


C vitamini baxımından zəngin olan limon, səs batıqlığı müalicəsində təsirli rola malikdir. Limon suyu boğazınnəmlənməsini təmin edir və infeksiyanın yaranmasının qarşısını alır.

6. Bal


Şəfa qaynağı olan bal, təbii antibiotikdir. Antiseptik xüsusiyyəti sayəsində mikroblarla mübarizə aparan bal, boğazı nəmli saxlayır. Gündə bir qaşıq bal yemək tövsiyə olunur.

Səs batıqlığının səbəbləri


Səs batıqlığına hər kəsdə bir və ya bir neçə dəfə təsadüf oluna bilər. Qırtlaqda yaranan iltihab və infeksiya nəticəsində meydana gəlir. Soyuqdəymə kimi infeksion xəstəliklər də səs batıqlığının əsas səbəblərindən biridir. Səs batıqlığı müxtəlif səbəblərə görə səsdəki gərləşmənin meydana gətirdiyi
boğuqluqdur. Lakin problemin meydana gəldiyi bölgəyə görə səsdəki dəyişikliklər fərqlənir. Qırtlağın üst hissəsində meydana gələn narahatlıq nəticəsində səs daha az və tutqun çıxır. Qırtlağın üst qismində narahatlıq nəticəsində isə səs daha da qalınlaşır. Problem ağızdadırsa, səs burundan çıxır.

Səs batıqlığının səbəbləri aşağıdakılardır:


Bağırmaq, çox danışmaq, çirkli havaya məruz qalmaq, alkoqol istifadəsi, siqaret çəkmək, qırtlaq iltihablanması, səs tellərində titrəşim axsaqlığı, bəzi nevroloji pozğunluqlar, səs tellərindəki deformasiya ilə bağlı yaranan poliplər, qırtlaqdakı sinir yaralanmaları, qırtlaq xərçəngi.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.