Nikotin ən çətin asılılıqlardan biridir. Siqaret çəkənlər bilməlidirlər ki, hər siqaretin nikotini 3 gün orqanizmdə qalır. Gündə 2-3 paket siqaret çəkənlərin orqanizmində yığılan nikotinin miqdarını düşünün.

Nikotin infarkt və iflicə səbəb olur. Qan damarlarını daraldır və infarkt riskini artırır.

1. Kivi


Tərkibində çoxlu miqdarda vitamin var. Digər bir faydası nikotini bədəndən çıxarmasıdır. Siqaret çəkənlər nikotinin təsirini az da olsa azaltmaq üçün kivi yeyə bilərlər.

2. Gicitkən


Gicitkəndə çoxlu dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddələr var. Başqa sözlə, bədəni dezinfeksiya etmək üçün ideal bitkidir. Həm də nikotini bədəndən xaric edir.

3. Kök suyu


Nikotin dəriyə zərər verir. Buna görə də yerkökü yemək faydalıdır. Kök suyu içmək dərinin yenilənməsini və nikotinin bədəndən çıxarılmasını təmin edir.

4. Su


Su bədənimiz üçün faydalı və əvəzolunmazdır. Nikotinin xaric olunması üçün mütəmadi olaraq su içmək lazımdır.

5. Zəncəfil


Yeməklərinizə zəncəfil əlavə etmək siqareti tərgitməyinizə və nikotin kimi toksinləri bədəninizdən təmizləməyə kömək edə bilər.

6. İspanaq


Çiy ispanaq yeyin. Səbəbi, ispanaq bişirildikdə tərkibindəki vitaminləri və folik turşusunu itirməsidir. Bunlar bədənin nikotindən təmizlənməsi üçün lazım olan maddələrdir.

7. Brokoli


Brokoli metalları və toksinləri bədəndən xaric etməkdə çox təsirlidir. Xərçəngin qarşısının alınmasında çox vacibdir və hər şeydən əvvəl C və B5 vitaminləri ilə zəngindir.

8. Bibər


Bibəri də çiy halda yeyin. Doğrayıb salatlara əlavə edin. Tütünün bütün mənfi təsirlərindən xilas olmaq üçün lazım olan vitaminlər bibərdə var.