İlin bütün fəsillərində su içməyə diqqət etməliyik. Gün ərzində azı 2,5 litr su içmək lazımdır. Çünki su orqanizmin ən vacib qidasıdır. Suyun az bilinən faydalarını sizə təqdim edirik.

1. Beyni qidalandırır


İş qrafikiniz gərgindirmi? Toplantılar, zənglər sizi çox yorur? Unutqanlıq və konsentrasiya əskikliyinin mərkəzi beyindir. Su içərək beyninizi qidalandıra bilərsiniz.

2. Ürəyin yorulmasının qarşısını alır


Pilləkənləri qalxanda, yeriyəndə yorulduğunuzu hiss edirsinizsə, içdiyiniz suyun miqdarını artırmalısınız. Su qanı artırır və beləliklə ürək qan pompalamaq üçün daha az işləyir.

3. Həyat keyfiyyətini artırır


Əzələlərimizin 75%-i, sümüklərimizin 22%-i, qanımızın 83%-i sudan ibarətdir. Susuz qaldıqda bədənin bu hissələri işləmir. Harvard universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, gündə 2-3 litr su içdikdə stress azalır. Su orqanizmin əskiksiz fəaliyyət göstərməsini təmin edir.

4. Qəbizliyin qarşısını alır


Qəbizliyin qarşısını alır. Su sərt nəcisi yumşaldır. Həzm sisteminin rahat işləməsində lifli qidalar da önəmli yer tutur. Su istifadəsi az olduqda bədən lifləri təsirli bir şəkildə istifadə edə bilmir.

5. Dərini qidalandırır


Gün ərzində qarşılaşdığımız hər şey dərimizə təsir edir. Zaman keçdikcə qırışlar və çatlaqlar əmələ gəlir. Çoxlu su içmək dəridəki qırışları və çatları azaldır.

6. Metabolizmanı sürətləndirir


Yeməklə birlikdə su içmək çox faydalıdır. Bu zaman mədəyə daha az qida alınır. Beləliklə, metabolizma sürətlənir.

7. Saç tökülməsinin qarşısını alır


Saçları tökülənlər su istehlakına önəm verdikdə saç tökülmələrində azalma meydana gəlir.

8. Həzmi asanlaşdırır


Səhər oyandıqda iki stəkan su içmək daxili orqanlarınızı hərəkətə keçirərək həzmi asanlaşdırı.

9. Yuyunduqca başınız hərlənməz


Yuyunmamışdan əvvəl su için. Bu halda hamamda başınız hərlənməz.

10. İnfarkt və beyin qanamasının qarşısını alır


Yatmazdan əvvəl su içmək infarkt və beyin qanaması kimi durumların qarşısını alır.

11. Ağız qoxusunun qarşısını alır


Gün ərzində az qidalanmaq və kifayət qədər su içməmək tüpürcəyin miqdarını azaldır. Tüpürcək istehsalının azalması səbəbindən ağız təmizliyi üçün vacib olan maye də azalır. Bu durumda pis ağız qoxusu meydana gəlir. Çox su içməklə bu problemi həll etmək olar.

12. Streslə mübarizə aparır


Beyin toxumasının 85%-i sudan ibarətdir. Bədənizimdə yetərincə su olmadıqda özümüzü stress altında hiss edə bilərik. Susuz qalan beyin toxumaları su içmək üçün mütəmadi olaraq bir istək duymağımıza səbəb olur.

13. Böyrək daşı riskini azaldır


Qanımız hüceyrələr üçün lazımi oksigeni və digər maddələri su ilə birlikdə daha sürətli daşıyır. Su istifadəsi az olduqda qanın həcmi azalır. Bu da qan dövranına mənfi təsir göstərir.

14. Əzələ kütləsini qorumağa kömək edir


Xüsusən əzələ inkişaf etdirici məşqlər edərkən su içməyə fikir vermək lazımdır. Bədəndəki əzələ kütləsi artdıqca su ehtiyacı da artır. Həm məşqdən əvvəl, həm də sonra su içmək gərəkdir.

15. Reflüksün ən təbii müalicə üsuludur


Həyat keyfiyyətimizi ciddi nisbətdə azaldan və müalicə edilmədikdə qida borusu xərçənginə çevrilə bilən reflüksə qarşı kifayət miqdarda su içmək faydalıdır. Çünki su içmək insanlarda reflüksü azaldır.