Torette sindromu nədir? Torette sindromu uşaq və yeniyetmələrdə geniş rast gəlinən neyroinkişaf pozğunluqlarından biridir. Kişi cinsinin nümayəndələrində bu xəstəliyə daha çox rast gəlinir.

Əgər övladınız tez-tez gözlərini qırpırsa, çiyinlərini çəkirsə, bədəninin müxtəlif əzələlərində müxtəlif motor hərəkətləri varsa və ya səslər çıxarırsa, bunlar Tourette sindromunun əlamətləri ola bilər. Ona görə övladınızı psixiatra aparmalısınız.

Tourette sindromunun səbəbləri


Tourette sindromunda həm genetik, həm də kliniki simptomlar vacib rol oynayır. Ailədə tik pozğunluqları və ya Tourette sindromu baxımından genetik miras daşıyan üzvlərdə də bu problemin yaranması ehtimalı yüksəkdir. Bəzən xəstəliyin inkişafında yüksək riskə sahib az sayda genin bir araya gəlməsi rol oynayır. Genetik faktor xəstəliyin keçməsi üçün yetərli olmaya bilər. Bəzən ətraf faktorlar (məsələn, streptokok infeksiyaları, doğuş komplikasiyaları, ananın siqaret çəkməsi) bu genetik halla birləşərək kliniki əlamətlərin ortaya çıxmasına zəmin yaradır. Genetik faktorlar ailədən qalmış olmaya bilər, sadəcə, o hamiləliyə spesifik spontan bəzi genetik dəyişikliklər də döllənmə zamanı və embrionun erkən dönəmlərində mümkün ola bilər.

Tourette sindromunun əlamətləri

Tourette sindromunun əlamətləri birdən ortaya çıxan səs (vokal) tikləri və motor tiklərin varlığı ilə xarakterizə olunur. Lakin əsasən tiklərə obsesif komplusiv poğunluk da kömək edir. Torette sindromunda tiklər həftələr və aylar ərzində arta və azala bilər. Tiklər sadə və kompleks şəkildə ortaya çıxa bilər.

Sadə motor və vokal tiklər:


Əsasən üz bölgəsində göz qırpa, üz buruşdurma, ağız kənarında çəkilmə formasında başlayıb sonra bədənin digər hissələrinə doğru irəliləyərək boyun və çiyinlərdə silkinməyə səbəb ola bilər. Daha sonra gövdə, qol və ayaq əzələlərinə təsir edən tiklər yarana bilər. Öskürmək, boğazı arıtlamaq da bəsit səs tikləri arasındadır. Vokal tiklər əsasən motor tiklərin başlanğıcından 1-2 il sonra ortaya çıxır.

Kompleks motor və vokal tiklər:

Birdən çox əzələ qrupu ehtiva edirlər və nəsnələrə və ya insanlatatəkrarlanan şəkildə toxunma, başqalarının motor hərəkətlərini təqlid etmə, özünü yaralama şəklində davranışlar sərgilənməsinə səbəb ola bilər. Bütün tiklərin ortaq xüsusiyyəti qeyri-iradi şəkildə ortaya çıxmağına baxmayaraq, insan tərəfindən bir müddət gecikdirilə bilər. Hətta bəzən ailələr uşaqlarının bu davranışları diqqət çəkmək üçün etdiyini düşünərək onlara xəbərdarlıqlar edirlər. Ancaq qeyd etmək lazımdır ki, bu, tam olaraq uşaqlardan asılı bir məsələ deyil.

Turette sindromuna necə diaqnoz qoyulur?


Tikləri olan hər uşaqda kliniki əlamətlər fərqli ola bilər. Tik pozğunluqları keçici və xroniki ola bilər. Bir ildən qısa müddətli olan tiklər keçici hesab edilir. Bir ildən çox davam edən səs tikləri isə xroniki vokal tik pozğunluğu sayılır. Daha uzun sürən tiklər isə xroniki motor tik pozğunluğu adlandırılır. Tourette sindromu diaqnozu psixiatrın ətraflı araşdırmasından sonra qoyulmalıdır. Tourette sindromuna "diqqət əskikliyi", "hiperaktiv pozğunluq" kimi digər neyroinkişaf pozğunluqları qoşula bildiyi üçün xəstə bütünlüklə araşdırılmalıdır.

Tourette sindromu ilə yanaşı olan durumlar

Diqqət əskikliyi
Hiperaktiv pozğunluq
Öyrənmə çətinlikləri
Depressiya
Obsesif kompulsiv

Tourette sindromunun müalicəsi


Tourette sindromunun müalicəsində istifadə olunan dərmanlar daha çox əlamətlərə nəzarəti təmin edir. Xəstələrin həyat keyfiyyətinə ciddi təsir yarandıqda farmakoloji müalicə tətbiq olunur. Bundan əlavə davranışla bağlı terapiyalara da üstünlük verilə bilər. Tourette sindromundan əziyyət çəkən şəxslər tiklərdən əvvəl tikin yaranacağı əzələ qrupu və ya vücud bölgəsində qaşınma, hüzursuzluq, gərginlik kimi hallar yaşayırlar ki, psixatriyada bu duruma "duyğusal fenomen" deyilir.

Yetkin insanlarda da tiklər əmələ gələ bilər

Tiklər ən çox 7-15 yaşlarında yaranır. Olayların çoxunda bu sindrom yüngül halda baş verir. Yeniyetmələrdə tiklərin sayı arta bilər. Əsasən simtomlar 18 yaşa qədər get-gedə azalır. Ancaq bəzən simptomlar artaraq insana mənfi təsirlər göstərə bilər.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.