Türkiyədə yaşayan, gözəlliyi ilə gündəmdə olan və bir çox insanın rəğbətini qazanan qadınlar kifayət qədərdir. Seçdiyimiz qadınlar arasında fərqli peşə sahibləri olan tanınmış simalar yer alıb. Onları sizə təqdim edirik.

1. Hülya Avşar


Türkiyənin ən gözəl qadını dedikdə ağıla gələn ilk məşhurlardan biri heç şübhəsiz Hülya Avşardır. Hülya Avşar vaxtilə gözəllik yarışmasına qatılaraq qalib gəlsə də, tacı müxtəlif səbəblərdən geri alınıb. Hülya Avşar yaşının çox olmasına baxmayaraq, rəngli gözləri və bədən quruluşu ilə ən gözəl qadınlar arasında xatırlanmağa davam edir.

2. Fahriye Evcen


"Yaprak Dökümü" serialı ilə adından söz etdirən gənc aktrisa Fahriye Evcen Türkiyənin ən gözəl qadınları sırasındadır. Fahriye Evcen öz gözəlliyi ilə bir çoxlarının qəlbini fəth etməyi bacarıb.

3. Tuba Büyüküstün


Tuba Büyüküstün özünəməxsus gözəlliyi ilə bir çox insanı valeh etməyi bacarır. Türkiyənin ən gözəl qadınları arasında yer alan gözəl aktrisa görünüşü, aktrisalıq qabiliyyəti və üslubu ilə diqqət çəkir.

4. Beren Saat


Körpə görünüşlü siması və gözəlliyi ilə çoxlarının heyranlığını qazanmağı bacaran Beren Saat Türkiyənin ən gözəl qadınlarındandır. Kiçik bədən quruluşuna malik olan aktrisaya “Körpə üzlü” ləqəbi verilib.

5. Hande Subaşı


Keçmiş Türkiyə gözəli Hande Subaşı Türkiyənin ən gözəl qadınları arasındadır. Təbii gözəlliyə malik olan sənətçi çoxlarının rəğbətini qazanıb.

6. Elçin Sangu


Son zamanlar adı tez-tez hallanan və gözəlliyi ilə fərqlənən Elçin Sangu gözəl qadınlar arasında öz yerini alıb. Təbii qızılı saçları və xüsusi gözəlliyi ilə seçilən aktrisa bir çox serial və filmlərdə rol alaraq geniş izləyici kütləsi qazanıb.

7. Hazal Kaya


Yaşına baxmayaraq hələ də çox gənc görünən Hazal Kaya ən gözəl qadınlar arasındadır. Rəngarəng gözləri və sevimliliyi ilə geniş pərəstişkar kütləsi qazanan sənətçi gözəlliyi ilə diqqət çəkir.

8. Serenay Sarıkaya


Sarışın gözəllər arasında yer alan Serenay Sarıkaya bədən quruluşu və gözəlliyi ilə ən gözəl qadınlardan biri olmağı bacarır. Çoxlarının heyran qaldığı aktrisa reklamlarda, seriallarda və filmlərdə çəkilir.

9. Bensu Soral


Bensu Soral öz təbii gözəlliyi ilə fərqlənir. O, gözəlliyi və aktrisalığı ilə böyük pərəstişkar kütləsi qazanıb.

10. Amine Gülşe


Türkiyənin ən gözəl qadınlarından biri olan Amine Gülşe gözəllik yarışmasında uğur qazanıb.