Astma, bəzi faktorlara görə ağciyərlərdə tənəffüs yollarının divarlarının şişməsi və beləliklə də bu tənəffüs yollarının daralması ilə xarakterizə edilən bir xəstəlikdir. Astmanın irsi və ətraf mühit amillərinin qarışığından qaynaqlandığı düşünülür.

Ağciyərlərin içərisində elastik toxumalardan ibarət olan və ağac kimi budaqlanan tənəffüs yolları mövcuddur. Tənəffüs yolları əzələ lentləri ilə əhatə olunub. Bu tənəffüs yolları ağciyərdən keçərkən bölünərək daralır. Ucdakı ən kiçik tənəffüs yolları kiçik şar kimi hava kisələrinin (alveola) çoxluqları ilə bitir. Bu qruplar qan damarları ilə əhatə olunub. Nəfəs aldığınız zaman hava ağciyərlərə daxil olur. Hava kisələrinə çatana qədər tənəffüs yollarından keçir.

Nəfəs verdiyimiz zaman isə hava tənəffüs yollarından və ağciyərlərdən çıxır. Tənəffüs yolları aldığımız nəfəsdə hissəcikləri tutan selik əmələ gətirir. Normalda selik ağciyərlərdən tənəffüs yollarındakı kiçik tüklər tərəfindən xaric edilir.

Uşaqlarda astmanın əlamətləri hansılardır?


Astmada ümumi rast gəlinən simptomlar oyun zamanı, gecə və ya gülərkən baş verə bilən davamlı öskürəkdir. Öskürək aşağıdakı durumlarla da müşayiət oluna bilər:

nəfəs darlığı, hava aclığı
istirahət zamanı sürətli nəfəs alıb-vermək
sinə sıxılması və ya sinə ağrısı kimi şikayətlər
nəfəs alma zamanı qabırğalar arasında çəkilmə
oyun zamanı daha az enerji
zəiflik və ya yorğunluq hissi

Astma xəstəsi olan uşaqların hamısında eyni simptomlar müşahidə olunmur.

Uşaqlarda astmanın diaqnostik üsulları hansılardır?


Körpələrdə və uşaqlarda astmanın diaqnozunu qoymaq çox vaxt çətin olur. Bununla belə, daha böyük uşaqlarda xəstəlik uşağın tibbi tarixçəsi, simptomları və fiziki müayinəsi əsasında diaqnozlaşdırıla bilər.

Fiziki müayinə

Fiziki müayinə zamanı həkim uşağınızın ürəyini və ağciyərlərini dinləyəcək.

Testlər

Astma diaqnozunda ən çox istifadə edilən testlər ağciyərlərdəki hava miqdarını və nəfəsdəki havanın həcmini ölçən ağciyər funksiya testləri olsa da, bəzi xəstələrdə döş qəfəsinin rentgenoqrafiyasının da diaqnozda rolu var. 5 yaşından kiçik uşaqlarda ağciyər funksiyası testləri aparılmaya bilər, buna görə də həkim diaqnoz qoymaq üçün tibbi tarix, simptomlar və müayinə nəticələrindən istifadə edə bilər. Müalicə planı uşağınızın astma dərmanlarını nə vaxt və necə qəbul etməli olduğunu, astması pisləşdikdə nə etməli olduğunu və uşağınızın nə vaxt təcili yardıma ehtiyacı ola biləcəyini və belə hallarda nə edəcəyini əhatə edir.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.