Uşaqların yay aylarında açıq havada daha çox vaxt keçirmələri xüsusilə isti havalarda bəzi xəstəliklərlə daha çox qarşılaşmalarına səbəb ola bilər. Prof. r. yay xəstəliklərindən qorunmaq üçün görülə biləcək 10 təsirli tədbirdən danışıb.

Yayın istisində səyahət etməyin, günəşdə uzun müddət qalmağın, məkan və iqlim dəyişikliyinin, qidalanma dəyişikliyinin və s. faktorların uşaqların sağlamlığına mənfi təsir etdiyini bildirən Aziz Polat, “Yay aylarında uşaqlarda günəş yanığı və günvurma, ürəkbulanma, qusma, ishal, qulaq və göz infeksiyaları, sidik yolu infeksiyaları və yay qripi kimi problemlərlə qarşılaşırıq” deyərək mühümtövsiyələr verib.

1- Bol su için


İstilik və rütubət səbəbindən orqanizmin su itkisi və suya ehtiyacı artır. Bu səbəbdən körpənizi daha tez- tez əmizdirin, uşaqların yaşına və çəkisinə görə hər gün 1,3-2 litr su içməsinə diqqət yetirin.

2- Dərman çantası hazırlayın


Tətildə lazım ola biləcək hər hansı bir uşaq dərmanını özünüzlə götürün. Ağrıkəsicilər və qızdırmanı salan dərmanlar, günəş kremləri, yanıq və allergiya kremləri, termometr, sarğı, buz paketi yanınızda olmalıdır.

3-Günəşdən qoruyun


Yayda uşaqlarda günvurma çox tez-tez baş verdiyindən, uşaqlarınızın günəşdə qaldığı vaxta və saatlara diqqət yetirin. Günəşdəki zərərli ultrabənövşəyi şüalar da qısa müddətdə dəri yanıqlarına, uzun müddətdə isə dəri xərçənginə səbəb ola bilər. Odur ki, günəşə çıxmadan yarım saat əvvəl mütləq günəş kremi sürtün. Gün eynəyi, həsir və paltarla günəşin zərərli şüalarından qorunmaq üçün tədbir alın.

4-Təmizliyə diqqət edin


Tərəvəz və meyvələrin yaxşıca yumadan yeyilməməsinə diqqət edin. Suyun təmiz olduğundan əmin olun. Əl, ayaq, dəri və bədən təmizliyinə diqqət yetirin. Uşaqları tez-tez çimizdirin. Bunların sayəsində bir çox mikrob xəstəliklərinin qarşısı alınacaq.

5- Sağlam qidalanın


Səhər yeməyi uşağın qidalanmasında mühüm əhəmiyyətə malikdir. Süd, yumurta, pendir, bal, yağ, pomidor, xiyar, göyərti, kəpək və ya buğda çörəyi və təzə meyvə şirəsinə üstünlük verin. Çay içirsə, açıq olmalıdır. Yağlı, qızardılmış ağır yeməklər və ya fəst-fud əvəzinə tərəvəz əsaslı, zeytun yağlı, asan həzm olunan yeməklərə üstünlük verin. Yeməklər gündəlik olmalıdır və uzun müddət açıq havada saxlanılmamalıdır. Xüsusilə toyuq, süd və qaymaqlı tort kimi qidalar asanlıqla xarab olaraq qida zəhərlənməsinə səbəb olur. Gündə 1-2 ədəd dondurma yeyilə bilər. Şəkər, şokolad, çips kimi xüsusilə yay aylarında ishala səbəb ola bilər.

6- Kondisionerə diqqət yetirin


Uşaqlar ani temperatur dəyişikliklərinə uyğunlaşa bilmirlər. Otaq çox sərin olmamalıdır, temperatur 18- 21 dərəcə təyin edilməlidir. Uşaqlar otaqda olarkən kondisioner uzun müddət işlədilməməlidir. Kondisionerin qarşısında dayanmamaq gərəkdir. Kondisionerin təsirindən qripə bənzər əlamətlər, burun axması, burun tutulması, boğazda quruluq, ağrı və öskürək ola bilər.

7- Mayo və ya bikinisini dəyişdirin


Xüsusilə qız uşaqları sidik yollarının infeksiyasına daha çox meylli olduqları üçün; hovuzun və dənizin təmiz olması, suda uzun müddət qalmaması, aş paltarın dərhal dəyişdirilməsi, tez-tez duş qəbul edilməsi, sidiyi uzun müddət saxlamaması, qəbizlik varsa, müalicə edilməsi çox vacibdir.

8- Nəzarətdə saxlayın


Uşaqları qəza və suda boğulmalara qarşı yaxından izləyin və təhlükəli halların aradan qaldırılması üçün yaxınlığında olun.

9- Həşəratlara qarşı tədbir alın


Ağcaqanadlardan qorunmaq üçün aparatdan və tordan istifadə etmək lazımdır. Arı, böcək və əqrəb kimi həşəratların uşaqlara yaxınlaşmasının qarşısını almaq üçün tədbir alın.

10- Yuxu rejimini qoruyun


Tətil zamanı uşaqların yuxu rejimi dəyişir. Ancaq uşaqlar böyümək və istirahət etmək üçün kifayət qədər yuxuya (10-12 saat) ehtiyac duyurlar. Müntəzəm yuxu üçün otaq temperaturu çox soyuq və ya çox isti olmamalı, axşam yeməkləri gecikdirilməməli və ağır olmamalı, otaq sakit və qaranlıq olmalı, yatmağa yaxın heç nə yeyilməməlidir. Yatmazdan iki saat əvvəl telefon və planşetin də söndürüldüyünə əmin olun.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.