Əgər sızanaqlar üz dərinizin müəyyən hissəsində təkrarən əmələ gəlirlərsə əsl problem daxildə gizlənib deməkdir. Üzünüzdəki sızanaqlar xəstəlik əlaməti ola bilər. Sızanaqların çıxdığı hissəyə görə xəstəliyi müəyyənləşdirmək mümkündür. Üzümüzdəki müxtəlif hissələrdə yaranan sızanaqların səbəblərini təqdim edirik:


1. Alın nahiyəsi


Alında sızanaqlara çox rast gəlinsə də, fərqli problemlər yarada bilər. Alın nahiyəsində çoxlu sızanaq çıxmasının stress, yuxusuzluq kimi səbəbləri var. Bu, qaraciyər, sinir sistemi və qidalanma ilə bağlı problemlərdən də xəbər verə bilər.

2. Çənə


Çənədə olan sızanaqlar əsasən hormonal problemlərlə bağlıdır.

3. Üzün kənarları


Araşdırmalara görə, üzün kənarlarında yaranan sızanaqlar hormonal problemlər və dəri səthindəki qaralmaların əlaməti ola bilər. İstifadə etdiyiniz kosmetik məhsulları dəyişməyinizdə fayda var.

4. Yanaqlar


Yanaqdakı sızanaqların əsas səbəbi gündəlik şəkər miqdarıdır. Bundan başqa, bəzi tənəffüs yolu xəstəlikləri və ağciyər problemləri ilə əlaqədar olaraq yanaqlarda sızanaqlara rast gəlinir.

5. Qaşların arası


Qaşların arasında sızanaq çıxması qaraciyərlərdə əmələ gəlmiş problemlərlə əlaqəli ola bilər.

6. Burun və üst dodağın kənarları


Bu hissədə sızanaqlardan əziyyət çəkən şəxslər həkimə müraciət etməlidirlər. Burunda olan sızanaqlar ədviyyatlı qidalardan istifadə etməməklə bağlı ola bilər. Üst dodağın kənarında yaranan sızanaqlar isə ürək, dalaq qaraciyər problemlərindən xəbər verə bilər.

Oxşar məqalələrimiz: