Fars dilində "qırmızı meyvə" olaraq bilinən sumağın insan orqanizminə bir çox faydası var. Bununla bağlı ətraflı məlumatı təqdim edirik.

1. İnfeksion xəstəliklərin qarşısını alır.


Sumaq orqanizmdə yaranan iltihablanma, yüksək hərarət, artrit, dəri iltihabı, tənəffüs yolu problemləri, bronxit kimi bir çox xəstəliyin müalicəsində istifadə olunur. Labarator nəticələr sumaq və ekstraktının antinflamatuar xüsusiyyətlərə malik olduğunu göstərir. Sumaq soyuqdəymə, artrit və digər oxşar problemlərin həllində istifadə edilir.

2. Dərini qoruyur


Anti-inflamatuar və antimikrobial xüsusiyyətlərə sahib sumaq, dəri problemlərinin müalicəsində istifadə olunur. Sumaq yarpaqları dəri tökülməsi və iltihablı diş ətinə yaxşı təsir göstərir.

3. Ürəyi və qaraciyəri qoruyur


Yüksək xolesterol ürək və qaraciyər problemlərinin əsas səbəbidir. Siçanlar üzərində aparılan araşdırma zamanı sumaq meyvələri ekstraktının qanda xolesterol səviyyəsini azaltdığı məlum olub. Sumaq həmçinin ürək və qaraciyəri də qoruyur.

4. Xərçəng hüceyrələrindən qoruyur


Bir çox araşdırma sumağın digər sağlam hüceyrələrə mənfi təsir etmədiyini, lakin xərçəng hüceyrələrini yox etdiyini göstərir. Sumaq kimyəvi müalicədə dərman kimi istifadə edilir.

5. Bəzi qadın xəstəliklərinə qarşı təsirlidir


Sumaq qadın xəstəliklərinin müalicəsində də istifadə olunur. Aşırı vaginal axıntı zamanı sumaq xarici müalicə vasitəsi kimi istifadə edilir. Sumaq həmçinin ana südünü də artırır.

6. Menstrual problemin qarşısını alır


Mütəmadi sumaq istifadəsi menstrual dövrdə yaranan ağrıları azaldır.

7. Detoks təsiri yaradır


Zərərli toksinlər insan orqanizmində yığılıb qala bilər. Bunlar müxtəlif xəstəliklərə zəmin yaradır. Sumaq bu cür zərərli maddələrin bədəndən xaric olunmasında mühüm rol oynayır.

8. Tənəffüs problemlərinə yaxşı təsir edir


Sumaq sinə və tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olunur. Araşdırmalar göstərir ki, sumaq müxtəlif tənəffüs yolu xəstəliklərini aradan qaldırmağa kömək edir.

9. Sidikqovucu təsirə malikdir


Sumağın sidikqovucu təsirləri var. İdrar yaranmasına kömək edərək toksik maddələrin bədəndən ixracını təmin edir. Sumaq bağırsaq problemlərinin həllində də istifadə olunur.

10. Həzm sisteminə kömək edir


Sumaq öz təsirləri ilə həzm problemlərini aradan qaldırmağa kömək edir. Sumaq kimi, qərənfilin də insan sağlamlığına faydası vardır.

Sumaq tərkibli məhsullar

1. Arifoğlu sumaq turşusu


Tamamilə bitki tərkibli olan bu məhsul yeməklərə və salatlara gözəl dad qatır. Tərkibində hər hansı qatqı maddəsi yoxdur. Öskürəyə və boğaz ağrısına yaxşı təsir göstərir.

2. Bağdat sumaq tozu


Təzə sumaq bitkisindən hazırlanan bu məhsul yemək və salatlarda istifadə olunduğu kimi, fərqli bitkilərlə də qarışdırıla bilər.

3. Teamix Multi Tea bitki çayı


Sumaq, sarıkök kimi bitkilərdən hazırlanan bu çay tamamilə orqanik tərkibi sayəsində olduqca faydalıdır. Orqanizmi C vitamini ilə təmin edən məhsul, öz ləzzəti ilə də fərqlənir.

Sumaq haqqında ən çox verilən suallar

Sumaq nədir?

Sumaq İran, Əfqanıstan, Cənubi Avropa, Şimali Afrika və Aralıq dənizi hövzəsində yetişir. Yeməklərə və salatlara xüsusi turş dad verir. Sumaq sağlamlıq üçün də faydalıdır.

Sumaq suyu necə hazırlanır?

İnsan orqanizminə immunitet və müqavimət qazandıran sumaq suyu belə hazırlanır. Bir stəkan yarım suya bir qaşıq sumaq töküb qaynadın. İlıq hala gələnə qədər gözləyin. Gündə bir stəkan için.

Sumaq təzyiqə necə təsir edir?

Qandakı insulin nisbətini tarazlaşdıran sumaq diabet və xolesterolu aradan qaldırır.

Sumağın hansı zərərləri var?


Aşırı dərəcədə sumaq istifadə etmək bağırsaqlardakı yağ sorulmasını artırır və bu da çəki itirilməsinə səbəb olur. Sumaqdan çox istifadə etmək təzyiq balansını da poza bilər.

Sumaq çayı necə hazırlanır?

Sumaq çayı hazırlamaq üçün bir stəkan suya bir qaşıq sumaq əlavə edib qaynamağa qoyun. Hər gün bu çaydan bir stəkan için.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.