Uşaqlar yay aylarında çöldə çox vaxt keçirmək, hovuzda və ya dənizdə çimmək istəyirlər. Buna görə də bəzi xəstəliklərə tutulmaq riski artır. Həmin xəstəliklərin siyahısını təqdim edirik.

1. Səpki



İsti havalar uşaqlarda səpkilərin yaranmasına səbəb ola bilər. Səpki tər vəzlərinin tıxanması nəticəsində qaşıntı, dəridə xəfif qabarıqlarla dəri tökülməsi formasına özünü göstərir. Səpkilərin qarşısını almaq üçün tez-tez duş qəbul edilməsi lazımdır. Dəri yaxşı havalandırılmalıdır.

2. Pişməcə


Pişməcə probleminə körpələrdə geniş rast gəlinir. Bezin təması nəticəsində yanbızlarda qırmızı rəngli qabarıqlar yaranır. Pişməcənin qarşısını almaq üçün bezlər tez-tez dəyişdirilməlidir. Bezi dəyişdirərkən təmiz dəsmalla körpənin altını qurulayın.

3. İshal


İshala əsasən infeksiyalar səbəb olur. İshal ən çox beş yaşadək uşaqlarda olur. Yüngül ishal zamanı ev şəraitində müalicə tətbiq olunur. Bu zaman bir müddətə ana südünü alma püresi, yoğurt, ayran kimi qidalarla əvəz etmək olar. Orta dərəcəli ishal zamanı xəstəxanada ağız yolu ilə maye müalicəsi edilir. Müalicədən 4-6 saat sonra normal qidalanmaya qayıtmaq olar.

4. Günəş yanıqları


Yay aylarında günəş altında çox qaldıqda dəridə qızarıqlar və su dolu qabarcıqlar əmələ gəlir. Günəş yanıqlarının qarşısını almaq üçün uşaqları saat 11-dən 16-ya qədər günəşdən uzaq tutmaq gərəkdir. Həmçinin, uşaqlara açıq rəngi, pambıq paltarlar geyindirilməlidir. Uşaqları yanıqlardan qorumaq üçün günəş kremi istifadə edilməlidir,

5. Böcək sancması


Böcək sancarkən sancılan bölgəyə soyuq kompres və buz tətbiq olunmalıdır. Ağrı qalıbsa, ağrıkəsici istifadə etmək olar.

6. Burun qanamaları


Bəzi uşaqlarda istiliyin təsiri ilə burun qanaxması olur. Tənəffüs yolu xəstəsi olan uşaqlarda burun qanamaları ciddi səviyyələrdə ola bilər. Günəşdən dolayı burun qanaması zamanı soyuq suyla müdaxilə edilməli, burun təmizlənməli və kənarlarına yüngül təzyiq tətbiq olunmalıdır.

7. Sidik yolu iltihabı


Dənizdə və ya hovuzda idrar yoluna infeksiya keçməsi nəticəsində uşağın sidik kanalında tutulma yarana bilər. Bu xəstəlik böyrək problemlərinə də gətirib çıxarır. Erkən müalicə yaxşı nəticə verir.