Yeni ana olan qadınların həyatını asanlaşdıra biləcək tövsiyələri təqdim edirik.

1. İdman edin


Hamiləliyi hərəkətsiz halda yatmaq kimi qələmə vermək olmaz. Hamiləlik dönəmində həkimdən məsləhət alaraq idman etmək mümkündür. Doğumdan sonra isə artıq yavaş-yavaş idmana qayıtmaq olar. Körpəniz də sizinlə birlikdə yürüş edə bilər.

2. Sağlam yatan körpələr sağlam böyüyür


Yuxu körpələrin həyatındakı ən vacib məqamdır. Sağlam yuxusu olmayn körpədə bəzi problemlər ortaya çıxır. Buna görə körpənin yaxşı yatmasına kömək edəcək beşik tapmalısınız.

3. Körpənin bacarıqlarını inkişaf etdirməsinə imkan yaradın


Öz başına hərəkət etməyə başlayan körpələrə imkan yaradın. Aşırı ehtiyatlılıq onların bacarıqlarının formalaşmasına əngəl yaradır. Mətbəxdə unla oynasınlar, evdə oyuncaqlarını dağıtsınlar, bağçanın hər guşəsini kəşf etsinlər.

4. Ailəliklə fəaliyyətlər təşkil edin


Körpəyə qulluq etmək yalnız ananın vəzifəsi deyil. Ata da körpəsinə qulluq etməli, onunla vaxt keçirməlidir. Körpənizlə birlikdə ailəliklə fəaliyyətlər təşkil edin və ailə üzvlərinin körpənin məsuliyyətini öz üzərinə götürməsinə icazə verin.

5. Sosial çevrənizdən uzaqlaşmayın


Körpəni bəhanə edərək dostlarla görüşməkdən, tetra, konsertə getməkdən imtina etmək olmaz. Müəyyən zamanlarda körpənizi dayənin və ya nənəsinin yanında qoyaraq həyat yoldaşınızla birlikdə teatra, axşam yeməyinə getməyiniz sizi psixoloji cəhətdən rahatladacaq.