Demək olar ki, hamıda rast gəlinən xroniki yorğunluq halının səbəbi xətalı vərdişlərdən qaynaqlanır. Bu vərdişlərdən əl çəkərək yorğunluqdan xilas olmaq mümkündür. Yorğunluğu aradan qaldırmağın yollarını təqdim edirik.

1. Yuxusuz qalmamaq


Hər gün 6-8 saat yatmaq gün ərzində yorğunluq hiss etməmək üçün vacibdir. Gec yatan və kifayət qədər yatmayan insanlarda yorğunluq özünü biruzə verir. Yuxusuzluq bədən ritmini və düzənini pozuğu üçün yuxu müddətinin yetərli olmasına diqqət edin.

2. Səhər yeməyinə önəm verin


Günə enerjili başlamaq üçün səhər yeməyi vacib məqamdır. Səhər yeməyində yaxşı qidalanmamaq gün ərzində yorğunluq hissini diqtə edir.

3. Tənbəllikdən əl çəkin


Tənbəl, hərəkətsiz həyat insanlardakı halsızlığı gücləndirir. Gündəlik məşqlərlə yorğunluq və halsızlığı aradan qaldıra bilərsiniz. Həm də ürək-damar sisteminiz daha düzgün işləyər.

4. Çay və qəhvə istifadəsi


Qəhvə və çay istifadəsini gecə saatlarına saxlamaq yuxu keyfiyyətini pozur. Ona görə bu məhsullardan yatmazdan 5-6 saat istifadə etmək daha məqsədəuyğundur.

5. Su içmək


Gün ərzində kifayət qədər su içməmək yorğunluğa səbəb olur. Buna görə gündə azı 2 litr su içmək lazımdır.

6. Tətilə çıxmaq


İşin, gündəlik həyatın stressindən uzaqlaşıb tətilə çıxmaq önəmlidir. Buna görə özünə vaxt ayıraraq tətilə çıxmaq məsləhətdir.

7. Qidalanma vərdişlərinə diqqət edin


Yorğunluqdan xilas olmaq üçün gün ərzində düzgün qidalanmaq vacibdir. Xüsusən dəmir və proteinlə zəngin qidalara üstünlük verilməlidir. Ancaq aşırı istifadədən yayınmaq lazımdır.