5 qutu siqaretə bərabər olan qəlyanın 12 zərəri

Qəlyan çəkənlərin əksəriyyətini 18-24 yaş arası gənclər təşkil edir. Qəlyanın çoxsaylı zərərlərinin öyrənilməsinə baxmayaraq, gənclərin böyük əksəriyyəti bu vərdişlərindən əl çəkmək istəmir. Qəlyandan istifadə edən insanlar orqanizm üçün çox zərərli olan karbonmonoksid alırlar. Qəlyanın sağlamlıq üçün zərərləri aşağıdakılardır:

1. Asılılıq yaradır

qəlyanın 12 zərəri

Qəlyandan istifadə edən insanlarda zamanla aludəçilik yarana bilər. Zərərli vərdişə çevrilən qəlyan siqaret qədər sağlamlığa zərərlidir. Xüsusən də qəlyanda istifadə edilən tütünə süni maddələr qatılarsa, zərəri daha çox olur.

2. Damar sağlamlığına mənfi təsir edir

Qəlyan damar xəstəliklərinə, damarların daralmasına və tıxanmasına da səbəb olur.

3. Baş ağrılarına səbəb olur

Qəlyan istifadəsi insanlarda baş ağrısı və ürək bulanmasına səbəb olur. Tüstüyə daha həssas olan insanların qəlyan çəkildiyi mühitdə belə başı ağrıya bilər. Qəlyanın mütəmadi istifadəsi də daimi baş ağrılarına səbəb ola bilər.

4. Ağız sağlamlığına zərər verir

qəlyanın sağlamlığına zərəri

Qəlyanın tərkibində olan zərərli maddələr əvvəlcə ağıza daxil olur. Siqaret kimi qəlyan da ağız sağlamlığına mənfi təsir göstərir.

5. Göz xəstəliklərinə səbəb olur

Qəlyan çəkmək göz sağlamlığına mənfi təsir göstərir. Bu, gözün strukturunun pozulmasına və katarakt kimi erkən problemlərə səbəb ola bilər.

6. Cinsi funksiyalara təsir edir

qəlyanın haqqında

Qəlyan istifadəsi xüsusilə kişilərdə sperma problemlərinə səbəb olur. Sperma sayının azalmasına və keyfiyyətinin azalmasına yol açır. Uşaq sahibi olmaq zamanla çətinləşə bilər. Bu, siqaretə də aiddir. Qəlyan siqaretdən daha zərərli olduğu üçün cinsi funksiyalara daha çox təsir edir.

7. Selülitə səbəb olur

Siqaret kimi qəlyan da selülit və damar tıxanmasına səbəb olur. Ayaqlarda varikoz damarlarının görünməsinə zəmin yaradır. Xüsusilə qadınlarda selülitin görünüşü artır.

8. Ağciyərə zərər verir

Qəlyan tüstüsü də siqaret kimi ağciyərlərin düşmənidir. Ağciyərləri zədələyərək astma kimi ağciyər xəstəliklərinə səbəb olur. Nəfəs darlığına və tənəffüs çətinliyinə gətirib çıxarır. Çox qəlyan çəkən adam nəfəs almaqda çətinlik çəkir.

9. Yoluxucu xəstəliklərə səbəb olur

Qəlyanın ucundakı aparatın dəyişdirilməsi borusunun təmizləndiyi demək deyil. Bir çox insanın istifadə etdiyi qəlyanda kir, bakteriya və viruslar toplana bilər. Siz qəlyan çəkərkən başqasından qalma bakteriya və viruslara məruz qala bilərsiniz.

10. Ürəyi zərər verir

Qəlyan kimi tütün məmulatlarının ürəyin düşməni olduğu məlumdur. Ürəyə gedən damarların tıxanmasına səbəb olan bu məhsullar infarkt riskini artırır.

11. Xərçəngə səbəb olur

qəlyanın xərçəngə səbəb

Qəlyan ağız və dodaq xərçənginə səbəb olur. Qəlyanın zəhərli tüstüsünün keçdiyi bu yerlərdə xərçəng hüceyrələri əmələ gəlməyə başlayır.

12. Bədəni zəhərləyir

Xüsusilə qəlyan satıcıları qəlyanın siqaretdən daha az zərərli olduğunu bildirirlər. Halbuki qəlyan siqaretdən daha zərərlidir və qəlyanın içindəki su qəlyanın bütün zərərlərinin suya yığılmasına səbəb olur. Bu, qəlyan hər çəkiləndə zərərini daha da artırır və insanlar onu hər dəfə çəkəndə sudakı zəhərlər onların orqanizminə daxil olur.

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
3
emotion
3
emotion
2
emotion
2
emotion
0
emotion
3
Dostlarınla paylaş:
1 il əvvəl
1445 dəfə oxundu
ilk.az-çılar nə deyir?