5 yaş sindromu nədir?

Uşaqların müəyyən yaşlarda yaşadıqları bəzi sindromlar vardır. Sindromlar müəyyən yaşlarda müəyyən səbəblərə görə ortaya çıxır. Uşaqlıq dönəmindəki əsas sindromlar 2 və 5 yaş sindromlarıdır. 5 yaş sindromu uşaqların inkişaf prosesində mühüm dövlərdən biridir. Bu yaşda olan uşaqlar həyatlarının gələcək dövrlərində yaşayacaqları durumları sınaq kimi həyata keçirirlər.

5 yaş sindromu olan uşaqların ortaq xüsusiyyətləri

5 yaş sindromu haqqında

1. Müstəqil hərəkət etmək istəyirlər

Uşaqlar 4 yaşından etibarən təkbaşına hərəkət edə bildiklərini anlayırlar və bu mövzuda israrçı olmağa başlayırlar. 5 yaşına çatan uşaqlar ailələri ilə azadlıq mövzusunda mübahisəyə cəhd edirlər.

2. İnadcıl və eqosentrikdirlər

4-5 yaşlı uşaqlar ailələrinə hər mövzuda inadcıl davranış göstərməyə başlayırlar. Oynayacaqları oyun, geyinəcəkləri paltarlar onlar üçün inad ediləcək əsas məsələlərdir. Bu dönəmdə uşaqlar daha eqoist olurlar. Hər şey onların istədiyi kimi olmalıdır.

3. Təqlid edirlər

Bu sindroma tutulan uşaqlar yaşıdlarını və başqalarını təqlid edirlər. Özlərinə bəyəndikləri bir xarakteri nümunə götürüb hər anlamda onun kimi davranmağa çalışırlar.

4. Cinsi kimliklərinin fərqinə varırlar

4-5 yaşında olan uşaqlar cinsiyyət fərqliliyini anlamağa başlayırlar. Bu mövzuda uşaqlar üçün cinsiyyətci davranışlar sərgilənməməsi tövsiyə olunur.

5. Əsəbi və aqressiv ola bilərlər

Ailənin uşağa və bir-birilərinə qarşı rəftarı uşağın bu dönəmdə yaranan xarakteri üçün vacibdir. Hörmətli ailədə böyüyən uşaq çox təsirlənməsə də, hər hansı bir uşaq bu dönəmdə çox qəzəbli və aqressiv ola bilər.

5 yaş sindromu və ailələr

5 yaş sindromu diqqətdə saxlanılmalı olan bir dönəmdir. Ailələr bu dönəmdə uşaqlarına qarşı anlayışlı olmalıdırlar. Uşaqların yaratdığı problemlərə görə onlara böyük cəzalar verilməməlidir. Bu cür cəzalar uşaqların psixologiyasına zərər verə bilər. Ana, ata və övlad arasında yaxşı ünsiyyət olmalıdır. Yaxşı ünsiyyət hər zaman doğru davranışa zəmin yaradır.

5 yaş sindromu dönəmində baş verənlər

5 yaş sindromu dönəmində baş verənlər

- Xəyali dostluqlar qurulur.

- Azad olmağa çalışılır.

- Cinsi mənsubiyyət fərq edilir.

- Qadağan olunanlara maraq göstərilir.

Bu dönəmdə uşaqların öyrənmə durumu daha çox yaxşılaşır. Valideynlər uşaqlar tərəfindən müxtəlif suallara məruz qalırlar. Daha kiçik ikən girə bilmədikləri mühitlərə daxil olaraq buranı tanımağa cəhd edirlər. Yeni və fərqli bir dünyaya daxil olaraq baş verənləri müşahidə edirlər.

uşaqlarda 5 yaş sendromu

5 yaş uşaqların maraq duyğularının çox yüksək olduğu dövrdür. Bu dövr qız və oğlan uşaqlarında fərqlilik göstərir. Uşaqlarda yaranan hormonal dəyişiklik bu dönəmin hirsli və hərəkətli keçməsinə səbəb olur. 5 yaş sindromu uşaqlarda tükənməz enerji, fövqəladə hərəkətlilik, qəzəb, inad əmələ gətirir. 6 yaşdan sonra isə hər şey yoluna düşür.

5 yaş sindromu zamanı diqqət edilməsi vacib olan məqamlar

5 yaş sindromu zamanı nə etməli

5 yaş sindromu uşaqlar üçün mühüm bir dönəmdir. Bu dönəmdə ailələr diqqətli olmalıdır. Uşaqların davranışlarına anlayış göstərmək, onlara çox hirslənməmək gərəkdir. Uşağın aşağıdakı hallarda olmasına görə isə həkimə müraciət etmək lazımdır.

- Aşırı ürkək, çəkingən və ya aşırı aqressiv davranışlar göstərirsə

- Ailəsindən ayrılmağa aşırı reaksiya verirsə

- Hər hansı bir fəaliyyətlə 5 dəqiqədən artıq məşğul olmursa

- Digər uşaqlarla oynamaq istəmirsə

- İnsanlardan uzaq gəzməyə çalışırsa

- Yemək, tualet və yuxu problemləri varsa

- Gerçəkliklə xəyalı ayıra bilmirsə

- Adını, soyadını tam söyləyə bilmirsə

- Danışarkən keçmiş zamandan istifadə edə bilmirsə

- Yazı yazarkən qələm tuta bilmirsə

- Əlcəklərini çıxara bilmirsə

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3659 dəfə oxundu
ilk.az-çılar nə deyir?