Acqarına bunları yemək sağlamlığa ziyandır

Yenilənmə tarixi: 2021-09-16

Adətən bir sıra qidaların, eləcə də, çox acı, turş meyvə-tərəvəzlər, içkilərin acqarına qəbul edilməsi tövsiyə olunmur. Türkiyə mediasında bununla bağlı yayılan məqalədə bildirilir ki, çoxlu sayda faydaları olsa da, enerji verən içki sayılsa da, acqarına kofe içmək düzgün deyil. Bu, zərərli alıqşanlıq sayılır.

Qəhvə bağırsaqları işlədərək tualetə daha tez-trz getməyinizə səbəb olur və dərinizi qurudur. Səhər qəhvə içmək bir çox vacib vitamin və mineral itirməyinizə səbəb ola bilər. Acqarına kofe içmək mədə turşuluğunu artırır, yanmaya səbəb olur. Kofe içməkdənsə, acqarına çay içmək daha faydalı olar.

Qəhvə içən xanım

Portağal suyunun faydalı xüsusiyyətlərinə baxmayaraq, hətta tamamilə sağlam insanlar üçün də ac qarına içilməsi yemək qəti qadağandır. Mədəniz boş ikən meyvə suyu içmək qaçılmaz olaraq bədənin vəziyyətinə, həzm sisteminin funksiyalarına təsir edən bağırsaq mikroflorasına mənfi təsir göstərir. Mədə -bağırsaq xəstəlikləri olan insanlarda bu, ağrının şiddətlənməsinə, mayalanmanın artmasına, kolikaya və şişkinliyə səbəb olur. Buna görə portağal suyu yalnız yeməkdən sonra içilməlidir.

Meyvə şirəsi içən xanım

Acqarına iltihab əleyhinə olan dərmanların qəbulu da yolverilməz sayılır. Bu dərmanların ac halda qəbulu həzm sisitemində ciddi problemlər yarada bilər, hətta mədə qanaxmasına səbəb olar. Onları içməyə məcbur olanda südlə, süd yoxdursa, çoxlu su ilə içmək məsləhət görülür.

Dərman içmək

Acqarına şirniyyat yemək iştaha necə təsir edir? Şirniyyat, yəni çox miqdarda yağ və şəkər olan qidalar bizi ən az doyduran və ən iştahaaçan qidalardır. Ac olduğumuz zaman birdən bir boşqab pudingi kimi bir desert yeyiriksə, mədəmiz heç vaxt doymaz. İnsulin hormonu, qanda şəkərin ani artımını azaltmaq üçün daha çox ifraz olunur və nəticədə qan şəkərimizin birdən düşəcəyi üçün aclıq və yemək istəyi hiss edirik. Ac olduğumuz zaman şirniyyat yeysək, tox hiss etmək əvəzinə daha çox ac hiss edəcəyik.

Şirniyyat zərər

e-tibb.az

Sağlam qidalanma ilə əlaqəli məqalələrimiz:

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6952 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 3 ay əvvəl
  • 946
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 5 ay əvvəl
  • 1260
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 5 ay əvvəl
  • 1310
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 5 ay əvvəl
  • 1150
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 5 ay əvvəl
  • 1342
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 5 ay əvvəl
  • 1079