Adenoid (burun əti) nədir? Adenoid əməliyyatı necə olur?

Adenoid üzüm salxımına bənzəyən, burunla boğaz arasında yerləşən bir toxumadır.

Burun əti burundan daxil olan bakteriya və virusları qarşılayır və onlarla mübarizə aparmaq üçün antikorlar istehsal edir. Əgər övladınızda adenoid böyüməsi problemi varsa, həkimə müraciət etməlisiniz. Burun əti götürüldükdən sonra tez-tez xəstələnmirlər, çünki bədəndəki digər toxumalar adenoidin funksiyasını yerinə yetirirlər.

Burun ətinin böyüməsi müxtəlif əlamətlərə səbəb ola bilər. Bu əlamətlər aşağıdakılardır:

 burun əti nədir

Burundan nəfəs almağa çətinlik çəkmək
Davamlı olaraq ağızdan nəfəs almaq
Nəfəs aldıqda səs çıxması
Xoruldamaq
Yuxuda nəfəsini tutmaq

Adenoidin müalicəsi necə aparılır?

Həkim övladınızın iltihablı burun ətini əvvəlcə antibiotiklərlə müalicə etməyə çalışa bilər. Əgər burun əti iltihablanmayıbsa, həkim gözləməyi tövsiyə edər. Çünki uşaqlarda burun ətinin müəyyən qədər böyüməsi təbii haldır.

Adenoid əməliyyatına hansı durumlarda qərar verilir?

burun əti əməliyyatı

Uşaqda aşağıdakı hallardan biri və ya bir neçəsi varsa, burun əti əməliyyatı aparılır.

- Nəfəs almaq çətinliyi
- Yuxuda nəfəsini tutma
- Adenoidin tez-tez iltihablanması
- Danışma çətinliyi

Burun əti əməliyyatı necə edilir?

Adenoid əməliyyatı necə olur?

Övladınıza anesteziya verilərək yatızdırılır. Bu o deməkdir ki, əməliyyat xəstəxanada olur və anesteziya həkim tərəfindən verilir. Övladınız təxminən 20 dəqiqə yuxuda olur. Cərrah burun ətini uşağın ağzının içindən çıxarır. Bu əməliyyat üçün dəri kəsilmir. Övladınızda əməliyyatdan sonra qanama əlamətləri olduqda yenidən əməliyyata cəlb oluna bilər. 5-10 saat xəstəxanada qalmalıdır.

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3324 dəfə oxundu
ilk.az-çılar nə deyir?