Alkoqolun insan sağlamlığına zərərləri

Son zamanlarda alkoqol istifadəsinin artması insanları həm fiziki, həm də mənəvi cəhətdən təhdid edir. Alınan miqdardan asılı olaraq alkoqol ürəkbulanma, qusma, tərləmə və zəhərlənmə kimi nəticələrə səbəb olur. Alkoqol fiziki sağlamlığıa çox zərərlidir. Məlumdur ki, insanlar alkoqolu siqaretlə yanaşı qəbul edirlər. İradəsi güclü olan insanlar siqaretdən və alkoqoldan imtina edirlər.

Alkoqolun zərərlərini təqdim edirik.

Alkoqolun zərərləri

Həzm sisteminə təsir edir

Alkoqol qastrit, xora, qidalanma və həzm xəstəliklərinə səbəb olur. Aşırı alkoqol istifadəsi ilə bədənimizdə B vitaminləri azalır. Bu vitamin çatışmazlığı nəticəsində sinirləri məhv edərək refleks və hərəkət pozğunluqlarına səbəb olur.

Sinir sistemini məhv edir

Sinir sistemi

Alkoqollu içkilər beyinə təsir göstərir, insanın qərar qəbul etməsini çətinləşdirir. Alkoqol əzələlərin nəzarətini zəiflədir, əllərin titrəməsinə səbəb olur. Bu da yaddaş itkisinə gətirib çıxarır.

Alkoqol yaddaş itkisinə səbəb olur

Alkoqol şəkli

Alkoqoldan çox istifadə edənləridə B vitamini çatışmazlığı yaranır. B vitamini çatışmazlığı nəticəsində hərəkət pozğunluğu, tarazlığın pozulması və yaddaş pozğunluğu kimi hallar yaranır. Ona görə içməmək lazımdır.

Sirroza səbəb olur

Sirroz

Alkoqollu içkilər qaraciyərə zərər verir. Çünki alkoqolun bədəndə işlənməsi və bu müddət ərzində sərbəst buraxılan əlavə məhsulların çıxarılması qaraciyərin funksiyaları arasındadır. Həddindən artıq alkoqol istehlakı ilə qaraciyərimizi çox yükləyirik və bu orqan piylənir və böyüyür. Bu vəziyyətdə qaraciyərimiz işləyə bilmir və sirroz meydana gəlir.

Ruhi xəstəliklərə səbəb olur

Ruhi xəstəliklər

Alkoqol mərkəzi sinir sisteminə təsir etdiyi üçün alkoqol asılılığı şəxsiyyət pozğunluqları yarada bilər. Hətta insan ağlını itirə də bilər. Alkoqoldan istifadə edən insanlar həddindən artıq əhval dəyişikliyi yaşayırlar. Haldan-hala düşürlər. Bu pozğunluqlar fərdlərdə ruhi pozğunluğa səbəb olur. Tədricən tükənən fərd həyatdan ümidlərini üzür. Alkoqol intihara da gətirib çıxarır.

Alkoqoldan xilas olmaq üçün nə etmək lazımdır?

Alkoqola yox

Alkoqol asılılığından xilas olmaq insanın iradəsi və qətiyyəti nəticəsində mümkündür. Sənətə meyl salmaq bu asılılıqdan insanı xilas edə bilər. Həmçinin, mütəxəssis yardımı ala bilərsiniz. Beləliklə, bu pis vərdişdən daha qısa müddətdə xilas olmaq mümkündür.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3534 dəfə oxundu
ilk.az-çılar nə deyir?