Ana südünün kəsilməsinə gətirib çıxaran səbəb

Doğumdan sonra körpənin anaya verilməsi, anasının istiliyini, hərarətini hiss etməsi olduqca vacibdir. Ginekoloq Aslı Altay stressin ana südünü kəsə biləcəyini dilə gətirib.

Aslı Alay mövzuyla bağlı bunları bildirib:

Ana südünün kəsilməsi

"Vaxtından əvvəl doğulan və reanimasiyaya yerləşdirilən körpələr ana ilə təmas qurmadıqları üçün ana südünün quruması baş verə bilər. Buna görə körpəsini əmizdirə bilməyən analar müəyyən fasilələrlə südlərini sağmalıdır. Gün ərzində 2-3 saat döşlərdəki süd boşaldılmalıdır. Ağızla qidalanmayan körpələr üçün bu süd saxlanılır, daha sonra onlara içizdirilir. Körpə ana südü ilə qidalanmağa başlayanda anasının döşünü ağzında saxlamağı bacarmaya bilər. Çünki tez yorulur və çənə əzələləri tam inkişaf etmir. Bəzi körpələr üçün silikon döş ucu istifadə edilir. Silikon döş ucuna körpə yeməyi yerləşdirilir. Körpə ana südü içdiyini hiss edir. Bu üsul ananın körpəsindən hər hansı səbəbdən dolayı uzaq qaldığı zaman həyata keçirilir".

Tənəffüs yolu, qulaq və həzm sistemi infeksiyalarına qarşı qoruyan, allergik reaksiyaların qarşısını alan, körpənin inkişafına kömək edən ana südünün eyni zamanda ananı döş və yumurtalıq xərçəngindən qoruduğunu deyən Alay, "Xüsusən iqtisadi problemlərin yaşadığı indiki dövrdə körpə və ananın sağlamlığı üçün mühüm olan qidanın bütün körpələr üçün əlçatanlığı təmin olunmalıdır. Ana südünün kəsilməsinin səbəbləri arasında düzgün qidalanmamaq və stress var. Xüsusən stress südün azalmasına və qurumasına səbəb ola bilər. Buna görə süd verən analar qidalanmalarına, protein və kalsiumla zəngin qidaları istehlak etməyə önəm verməlidir. Süd məhsulları, yumurta, ət bu baxımdan vacibdir. Meyvə və tərəvəzlə qidalanmağa da diqqət edilməlidir. Çay, qəhvə, şokolad alkoqollu içkilər və siqaretdən mütəmadi istifadə etmək ana südünə zərər verə bilər. Ana körpəsini düzgün əmizdirməyi bilməlidir.

Ana südünün kəsilməsinin səbəbləri

Südün miqdarı az olsa belə, körpə 2 saatlıq fasilələrlə əmizdirilməlidir. Döş uclarına qulluq etmək də mühüm amildir" - deyə vurğulayıb. Mütəxəssis körpələr üçün hazırlanmış qidaların ana südü qədər keyfiyyətli olmadığını qeyd edib:

"Ana südü körpənin sağlam olması üçün vacibdir. Bir ay ərzində təxminən 600-800 qram çəki alan körpənin ana südündən savayı digər bir qidaya ehtiyacı yoxdur. Ana südünün körpəni doyuzdurmaması mümkün deyil. Analar həkim tövsiyəsi ilə körpə qidalarını bir kənara qoyaraq körpələrini öz südləri ilə qidalandırmağa üstünlük verməlidir".

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
3
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3062 dəfə oxundu
ilk.az-çılar nə deyir?