Antibiotik nədir? Antibiotiklərin zərərləri və istifadə qaydaları

Yenilənmə tarixi: 2021-06-10

Antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir.

Antibiotiklər - mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Antibiotik nədir? Antibiotiklərin zərərləri və istifadə qaydaları

Antibitiklərin faydası

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.

Antibiotiklərin zərərləri

Antibiotiklərin zərərləri

Harvard institutunun alimləri antibiotiklərlə bağlı yeni araşdırma aparıb, dəhşətli nəticəyə gəliblər. Məlum olub ki, antibiotiklər öz müttəfiq bakteriya və hüceyrələrini də aradan götürür.

Onlar metabolitlərin və immun hüceyrələrin iş qabiliyyətini aşağı salır, bir komanda şəklində infeksiya və viruslara qarşı birləşməli olduğu faydalı hüceyrələri də sıradan çıxarır.

Aparıcı müəllif Ceyson Yanq qrupu ilə birgə siçanlar üzərində apardığı təcrübədə tapıb ki, bir neçə tip antibiotiklər siçanlarda mitoxondriyanı zədələyir, bu da metobolik prosesə mənfi təsir göstərir. Metobolitlər isə hüceyrələr tərəfindən sintez olunur və müalicə zamanı vacib rol oynayır.

Eksperiment zamanı siçanları bağırsaq çöplərinə yoluxdurublar və onları Çiprofloksasin adlı məşhur antibiotiklə müalicə ediblər. İnsana yazılan dozada tətbiq edilib.

Bu preparat siçanların toxumalarına təsir edərək, metobolik prosesləri pozub, nəticədə metabolitlər sanki başlarını itirərək düşmənə tərəf işləməyə başlayaraq, bağırsaq çöplərini daha da gücləndiribər.

Dərman həmçinin immun sistem hüceyrələrinin işini azaldıb. O, bakteriyaları tutub zərərsizləşdirən makrofaqları da zəiflədib.

Antibiotikin yaratdığı biokimyəvi mühitdə immun hüceyrələri sanki boğulub.

Hesab edilirdi ki, antibiotiklər bakterial hüceyrələrə təsir edir, amma əslində onlar immun sistem hüceyrələrə də toxunur (medicina). Bu elmi komanda indi uzun müddət antibiotik qəbul etmiş pasiyentlərin immun hüceyrələrində hansı dəyişikliklərin baş verdiyini araşdırmaq istəyir.

Antibiotiklərin istifadə qaydaları

Antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır?

Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə (məsələn, sepsis zamanı) ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin(qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.) antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.

Antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır?

Əksər insanlar hesab edirlər ki, KRVİ və qrip xəstəliyi də antibiotiklərlə müalicə olunmalıdır. Ancaq bu heç də düzgün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, KRVİ və qripin törədiciləri viruslardır ki, onlara antibiotiklər heç bir təsir göstərmir. Ancaq, heç müalicə olunmadıqları və ya düzgün müalicə edilmədikləri təqdirdə, KRVİ və qrip də müxtəlif fəsadlara (angina, haymorit və s.) səbəb ola bilərlər. Məhz bu fəsadlara qarşı isə antibiotiklərdən istifadə etmək olar və lazımdır.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
10
emotion
1
emotion
1
emotion
4
emotion
5
emotion
1
emotion
1
Dostlarınla paylaş:
4 il əvvəl
9403 dəfə oxundu
ilk.az-çılar nə deyir?