Appendisitin simptomları hansılardır? Appendisit ağrısı və əlamətləri

Kəskin və xroniki olmaqla iki növü olan appendisitin simptomları arasında ən çox rast gəlinəni qarının aşağı sağ nahiyəsinə əl ilə basdıqda bıçaq sancılmasını xatırladan şiddətli ağrıdır. Apqendisit apendiks adlanan kor bağırsağın iltihabıdır. Apendiks, nazik bağırsaqla yoğun bağırsağın qovuşduğu bölgədə, yoğun bağırsağın uzantısı olan və əlcək barmağı şəklində olan bir orqandır.

Apqendisit kor bağırsağın üzərindəki apendiksin iltihabıdır. İltihablı apendiksin kəsilməsi və çıxarılması ilə müalicə olunur. Appendisitin əlamətləri Apandisitin simptomları davamlı və geniş yayılmış qarın ağrısı, iştahsızlıq və defekasiya istəyidir. Ağrı 6-8 saat sonra qarının sağ alt hissəsinə keçir.

Appendisitin ən əsas simptomları hansılardır?

Appendisitin ən əsas simptomları

Appendisitin əsas əlamətləri qarın ağrısı, qusma və iştahsızlıqdır. Ağrı əvvəlcə göbək ətrafında, sonra isə qarının aşağı sağ nahiyəsində olur. İnsanın daim hiss etdiyi ağrı getdikcə artır. İştah azalır və bir çox insanda qusma olur. Appendisiti güclənən insanlarda qızdırma baş verir.

Bədənimizdə appendisit haradadır?

Appendisit kkor bağırsağın qurdabənzər uzantısıdır. 7,5-12,5 sm uzunluqda olur, qarının sağ tərəfində və yoğun bağırsağın başlanğıcının altında yerləşir.

Appendisit xəstəliyi nədir?

Appendisit, apendiks ətrafının iltihabıdır. Ətrafa yayılan iltihab bütün bədənə sirayət edir. Appendisitin müalicəsi Bu xəstəlik asan müalicə olunur. Dərman və ya antibiotiklərlə müalicə o qədər də effektli olmur. Qəti müalicə üçün cərrahi müdaxilə vacibdir. Asan bir əməliyyat olan appendisit əməliyyatı təxminən 30-40 dəqiqə çəkir və xəstə 1 gün ərzində evə buraxılır.

Appendisit xəstəsi nə vaxt əməliyyat olunmalıdır?

Təhlükəli xəstəlik olan appendisit ölümlə nəticələnə bildiyi üçün xəstəni təcili əməliyyat etmək lazımdır. Appendisit əlamətlərinin pisləşməsini gözləmədən edilən bu əməliyyat diaqnozun səhv qoyulmasına səbəb ola bilər.

Appendisit niyə baş verir?

Appendisit bakterial iltihab və ya bərkimiş irin parçasının apendiksə qan axınını dayandırması və oradakı qan damarlarının tıxanması nəticəsində yarana bilər.

Appendisit xəstəliyi nə dərəcədə geniş yayılıb?

Bu gün appendisit hallarına daha az rast gəlinir. Appendisit adətən 20, 30 və 40 yaşlı insanlarda olur. Uşaqlarda və yeniyetmələrdə də appendisit ola bilər. Üç yaşdan kiçik uşaqlarda nadir hallarda rast gəlinir.

Appendisit halları azalıbmı?

Bəli, günümüzdə appendisit hallarına iyirmi-otuz il əvvələ nisbətən daha az rast gəlinir.

Appendisitin səbəbi nədir?

Appendisitin səbəbi nədir

Apendiksdə yaranan hər hansı bir tıxanma bakteriyaların orqanda çoxalmasına səbəb olur. Tıxanma səbəbindən təzyiq yüksəlir və qan damarları daralır. Bu daralmış damarlar qan axınının qarşısını alaraq qanqrenaya səbəb ola bilər. Apendiks qanqrena səbəbindən yarılırsa, yoğun bağırsaqdan çıxan nəcis qarın boşluğuna dola bilər.

Appendisitin ümumi simptomları:

Qarının sağ aşağı nahiyəsində əllə basdıqda həssaslıq, bıçaq sancılması kimi hiss edilən və adamı ikiqat əyən kəskin ağrı, ağrının tez-tez şiddətinin artması
Ürəkbulanma və qusma
Ağız və dilin quruması, iştahsızlıq
Göbək ətrafında kəskin ağrı
Həzmsizlik, qəbizlik və ya ishal
Yüksək hərarət
Qaz çıxara bilməmək, nəcisin çətinliklə ifraz olunması
Hamilə qadınlarda appendisit ağrısı yan və ya arxa bölgədə olur.

Ürəkbulanma, qusma və iştahsızlıq kimi simptomlar hamiləliyin normal əlamətləri olduğundan hamilə qadınlarda appendisitin diaqnozu çətinləşə bilər.

Appendisitin hansı növləri var?

Appendisitin hansı növləri var

a. Had appendisit. Appendisit adətən başgicəllənmə, qarında kramplar və ya qusma, qarının aşağı sağ hissəsində kramp və ağrı ilə özünü göstərir. Simptomlar birdən ortaya çıxa və ya bir neçə saat ərzində tədricən baş verə bilər.

b. Təkrarlanan appendisit. Yüngül appendisit simptomları ilə özünü göstərir və yox olur. Bir neçə ay və ya il sonra təkrarlana bilər.

Appendisitin simptomları və növləri

Appendisitin iki növü var: kəskin və xroniki. Kəskin appendisitin simptomları şiddətli olur və cərrahi müdaxilə tələb edir. Üç növ var: irinli, selikli, irinli və qanqrenli. Selikli appendisitdə iltihab artır və apendiks böyüyür. Ən çox yayılmış növüdür. Müalicə olunmazsa, irinli appendisit meydana gəlir. İrinli appendisit abseyə səbəb olur və bağırsağın digər hissələrinə yayıla bilər. Qanqrenoz kəskin appendisitdə qanın laxtalanması nəticəsində apendiksə gələn qanın miqdarında azalma müşahidə olunur. Nəticədə toxuma ölümü baş verir və appendiks parçalanır.

Kəskin appendisitin əsas simptomu qarın ağrısıdır. Bu ağrı göbək ətrafında yaranır, intensivliyi getdikcə artır və qarının aşağı sağ tərəfinə yayılır. Bu ağrı təxminən 4-5 saat davam edir. Bu müddət ərzində ağrının şiddəti arta və ya azala bilər.

Bundan əlavə, bir çox hallarda iştahsızlıq, ürəkbulanma və qusma meydana gələ bilər. Hərarət yüksəlir. Bəzi uşaqlarda ishal və ya qəbizlik ola bilər. Xəstənin rəngi solur, nəbzi yüksəlir.

Xəstə nə qədər müddətdə əməliyyat edilməlidir?

Bir neçə saat ərzində.

Appendisit partladıqda nə baş verir?

Apendiksdən çıxan irin qarın boşluğunu doldurur və peritonitə səbəb olur. Bu çox təhlükəli vəziyyətdir.

Had appendisit halını buz torbaları ilə müalicə etmək olarmı?

Xeyr. Ancaq bəzi yüngül hallar heç bir müalicə olmadan yaxşılaşa bilər.

Appendisit üçün ən yaxşı müalicə növü hansıdır?

Appendisitin cərrahi yolla çıxarılması.

Appendisit əməliyyatı nə dərəcədə ciddidir?

Appendisit əməliyyatı nə dərəcədə ciddidir

Erkən edilən appendisit əməliyyatı heç bir risk daşımır. Əgər appendisitin yırtılmasından peritonit olan xəstədə əməliyyat aparılırsa, bu, ciddi əməliyyat sayılır.

Appendisitin əsas əlamətləri

Şiddətli qarın ağrısı
İştahsızlıq
Ürəkbulanma
Ağrı başladıqdan dərhal sonra qusma
Qarnın şişməsi
Qaz ilə birlikdə görülən qəbizlik və ya ishal
Qazı çıxarmaqda çətinlik
Qızdırma 38 °C -dən yuxarı qalxmır.
Düz bağırsaq bölgəsində ağrı

Apandisit əməliyyatında xəstəxanada qalma müddəti nə qədərdir?

Mürəkkəb olmayan bir vəziyyətdə təxminən bir həftədir. Əgər appendisit partlayıbsa, xəstə bir neçə həftə xəstəxanada qalmalıdır.

Əməliyyatdan sonra hansı növ müalicələr lazımdır?

Mürəkkəb olmayan hallarda əməliyyatdan sonra hər hansı bir müalicə forması tələb olunmur. Lakin partlamış appendisitin əməliyyatından sonra mayelərin ağızdan verilməsi düzgün olmadığı üçün onlar inyeksiya yolu ilə venadaxili verilməlidir.

Apandisit əməliyyatı yarası tez-tez infeksiyaya uğrayırmı?

Ola bilər! Çünki infeksiyaya uğramış orqan (appendisit) bu yaradan çıxarıldığı üçün qarın divarına infeksiya sala bilər. Əməliyyatdan sonra hər hansı bir yan təsir qalırmı?

Xeyr.

Əməliyyat yarası bədəndə pis iz qoyurmu?

Mürəkkəb olmayan hallarda yox. Ancaq infeksiyalı yaraya drenaj qoyularsa, qarının aşağı sağ hissəsində eybəcər bir çapıq izi qala bilər.

Uşaqlarda appendisitin əlamətləri hansılardır?

Qarın ağrısı, qusma və iştahsızlıq əsas şikayətlərdir. Ağrı əvvəlcə göbək ətrafında yaranır, sonra qarının sağ aşağı nahiyəsinə də keçir. Davamlı olan ağrı getdikcə güclənir. İştah azalır və bir çox xəstədə qusma olur.

Mürəkkəb olmayan appendisit əməliyyatından sonra aşağıdakı şeylər nə qədər müddətdən sonra edilə bilər?

Vanna => Yara qapanan kimi.
Küçədə gəzmək => 7-10 gün sonra.
Pilləkənlərlə qalxıb enmək => 7-10 gün sonra.
Ev işləri görmək => 3-4 həftə sonra.
Avtomobil sürmək=> 3-4 həftə sonra.
Ər- arvad münasibətləri => 3-4 həftə sonra.
İşə qayıtmaq => 3-4 həftə sonra.
Bütün normal fiziki fəaliyyətlərin bərpası => 6-8 həftə sonra.

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
8902 dəfə oxundu
ilk.az-çılar nə deyir?