Aralıqlı oruc pəhrizi (Intermittent fasting) nədir? Çəki itirməyin ən sürətli yolu

Yenilənmə tarixi: 2022-03-19

Son günlərdə dünyada məşhurlaşan Fasilələrlə oruc (Intermittent Fasting) haqqında tez-tez eşitməyə, oxumağa başlamışıq. Çəki azaltmaq istəyənlərin əsas pəhrizi olan aralıqlı oruc nədir? Onun haqqında məlumatları təqdim edirik.

Əslində bu qidalanma stili illərdir Hollivud ulduzlarının da zaman-zaman tətbiq etdiyi diyetlərdəndir. Aralıqlı oruc son vaxtlar çəki itirmək istəyənlər arasında sürətlə yayılan pəhriz sistemidir. Bir çox pəhrizlərdən istifadə edən, lakin nəticə əldə edə bilməyən insanlara aralıq oruc sistemi alternativ təklif edir. Bu pəhrizlə günün müəyyən saatlarını ac qalaraq metobolizma sürətləndirilir. Aralıqlı oruc pəhrizi mütəxəssislər tərəfindən də tövsiyə olunur.

Aralıqlı oruc nədir? Necə tətbiq olunur?

Bu cür qidalanma stilində yeməyin miqdarında heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq şəkərli, əlüstü qidalardan uzaq durulmalıdır. Uzun müddət ac qalmağı tələb edən bu qidalanma stili şəkər və təzyiq xəstələri üçün tövsiyə edilmir. Əslində, insan orqanizmi oruc tutmağa uyğunlaşıb. Keçmiş dövrlərdə insanlar qidanı elə də asanlıqla tapa bilmirdilər və uzun müddət ac qalmalı olurdular.

Aralıqlı oruc sistemi necə tətbiq olunur, növləri hansılardır?

Fasilələrlə tutulan orucda 12-12, 16-8, 24-24 kimi fərqli yemə periodları vardır. Yəni, 12-12 periodunu seçsəniz gündə yalnız 2 dəfə qidalanırsınız və bu iki dəfənin arasında 12 saat fasilə olmalıdır. Bu paylar arasında istədiyiniz kimi çay, qəhvə və ya digər kalorisiz içkiləri içə bilərsiniz.

5-2 aralıqlı oruc pəhrizi

5-2 aralıqlı oruc pəhrizi

Bu növ aralıq orucda 2 gündə 500 kalori itirməyiniz lazımdır. Həftənin digər günlərində normal şəkildə qidalanmaq lazımdır. Seçilən günlərin arasında 1-2 gün fərq olmalıdır.

16-8 aralıqlı oruc pəhrizi

16-8 aralıqlı oruc pəhrizi

16-8 sistemində bir gündə 16 saat oruc pəhrizi saxlamaq lazımdır. Yemək yediyiniz müddət saat 12 və 20-yə təyin olunmalıdır. Yemək və içməyin sərbəst olduğu qalan 8 saatda zamanlamaya diqqət etmək vacibdir. Qəhvə, çay, soda kimi içkiləri istənilən zaman içmək olar.

Crescendo aralıqlı orucu

Crescendo aralıqlı orucu

Həftənin 2-3 günü ac qalaraq pəhrizə davam edə bilərsiniz. Pəhriz saxlayacağınız günlərin ard-arda olmaması lazımdır. Məsələn, çərşənbə və cümə günlərini pəhriz üçün ayıra bilərsiniz.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
12288 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Sevda (2 ay əvvəl)
Ariqlamaq
Nergiz (3 ay əvvəl)
Araliqli orucda nece klo ariqlamaq olar?
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 6 ay əvvəl
  • 1243
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 7 ay əvvəl
  • 1508
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 7 ay əvvəl
  • 1545
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 8 ay əvvəl
  • 1409
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 8 ay əvvəl
  • 1616
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 8 ay əvvəl
  • 1288