Bağırsaq xərçənginin əlamətləri hansılardır?

Yenilənmə tarixi: 2023-05-04

Həzm sistemimizin bir hissəsi olan bağırsaq, bədənimizdə əhəmiyyətli funksiya daşıyan orqanlardandır. Bağırsaq, nazik və yoğun bağırsaq olaraq iki yerə ayrılır. Qida yemək borusundan keçdikdən sonra mədəyə enir. Mədədə həzm olunan qida daha sonra nazik bağırsağa keçir. Sonra qidadakı tullantılar yoğun bağırsağa keçir. Nəcis bədəndən xaric olunana qədər arxa keçiddə (rektumda) saxlanılır.

Bağırsaq neçə hissədə incələnir?

Bağırsaq neçə hissədə incələnir?

Nazik bağırsaq

Nazik bağırsaq bağırsaqların ən uzun hissəsidir. Yoğun bağırsaqdan daha incə olduğundan "nazik" adlandırılır. Nazik bağırsaq xərçəngi nadir hallarda görülür.

Yoğun bağırsaq

Yoğun bağırsaq iki hissədən - kolon və rektumdan ibarətdir. Bağırsaq müxtəlif təbəqələrə malikdir. Xərçəng ən daxildəki təbəqədən başlayır. Erkən diaqnoz qoyulmasa və müalicə olunmasa, əsas əzələ təbəqələrinə və bağırsaq divarına yayıla bilər. Bağırsaq divarında polip və ya adenoma adlanan kiçik bir inkişaf olaraq başlayan xərçəng növü inkişafını 5-10 il ərzində tamamlayır.

Bağırsaq xərçəngi növləri

Bağırsaq xərçəngi növləri

Bağırsaq xərçəngi növləri meydana gəldikləri hüceyrələrin adları ilə ifadə olunur.

Adenokarsinomlar

Bağırsaq xərçəngi ümumiyyətlə adenokarsinomada baş verir. Başqa sözlə, xərçəng əsasən bağırsaq astarındakı vəz hüceyrələrində başlayır.

Skuamöz hüceyrəli xərçənglər

Adenokarsinomlarla eyni şəkildə müalicə olunan skuamöz hüceyrələr vəz hüceyrələri ilə birlikdə bağırsaq qişasını əmələ gətirən dəri tipli hüceyrələrdir.

Bağırsaq xərçənginin əlamətləri hansılardır?

Bağırsaq xərçənginin əlamətləri hansılardır?

  • Bağırsaq xərçənginə nələrin səbəb olduğu dəqiq bilinmir. Amma bu xəstəliyin yaranması ehtimalını artıran bəzi amillər var
  • yaş artdıqca xərçəng, o cümlədən, bağırsaq xərçəngi ehtimalı da artır. Əksər hallarda 50 yaşdan yuxarı insanlarda rast gəlinir;
  • çox miqdarda qırmızı ət və kolbasa, həmçinin bekon kimi emal olunmuş ətlər yemək; siqaret çəkmək;
  • çox miqdarda spirtli içki içmək;
  • artıq çəki və ya piylənmə;
  • bağırsaqda şişə çevrilə bilən poliplərin olması.

Bağırsaq xərçəngi riskini artıran sağlamlıq şərtləri

  • Uzun illər ülseratif kolit və ya Crohn xəstəliyi keçirmək
  • Diabet və bəzi digər sağlamlıq şərtləri
  • Uşaqlıq yolu xərçəngi, testis xərçəngi və ya lenfoma diaqnozu qoyulmuş xəstələr daha yüksək risk altındadır.

Bağırsaq xərçənginin qarşısını almaq üçün necə qidalanmaq lazımdır?

  • Basdırma, kolbasa sosiska kimi qidalardan az istifadə edin.
  • Qırmızı ətdənsə, daha çox ağ ət istehlak edin.
  • Meyvə və tərəvəz yeyin.
  • Süd, qatıq və ya pendir kimi kalsiumla zəngin qidalar istehlak edin.

Bağırsaq xərçənginin müayinəsi

Bağırsaq xərçənginin müayinəsi

Xərçəng məkrli bir xəstəlik olaraq inkişaf edə bilər. Buna görə əlamətlər olmasa da, müayinəyə həmişə ehtiyac var. Bağırsaq xərçəngi müayinəsi xərçəngin erkən mərhələdə aşkarlanmasını hədəfləyir.

Bağırsaq xərçəngi necə müayinə olunur?

Bağırsaqdakı poliplər aşkar edilir. Poliplər xərçəng deyil, ancaq zaman keçdikcə xərçəngə çevrilə bilər. Müayinə zamanı poliplər asanlıqla götürülə bilir. Beləliklə, bağırsaq xərçənginə tutulma riski azalır. Ailənizdə xərçəng xəstəsi varsa, bağırsağından poliplər götürülübsə, mütəmadi olaraq müayinədən keçməlidir.

Bu, irsi xəstəlikdirmi?

Əksər hallarda bağırsaq xərçəngi irsi xarakter daşımır. Amma 50 yaşından əvvəl belə bir diaqnoz qoyulmuş yaxın qohumlarınız varsa, bunu həkiminizə deməlisiz.

Linç sindromu kimi bəzi genetik amillər bağırsaq xərçəngi riskinin daha yüksək olması əlaməti sayıla bilər. Həkimlər belə “mirasdan” xəbərdar olanda onların da qarşısını almaq mümkündür.

Riski necə azaltmaq olar?

Alimlər deyirlər ki, sağlam həyat tərzi sürmək bağırsaq xərçəngi hallarının yarısından çoxunun qarşısını ala bilər.

Bunun üçün idmanla daha çox məşğul olmaq, daha çox lifli qidalar və daha az yağ istehlak etmək, gündə təxminən altı-səkkiz stəkan su içmək lazımdır.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
6704 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 3 ay əvvəl
  • 946
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 5 ay əvvəl
  • 1262
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 5 ay əvvəl
  • 1310
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 5 ay əvvəl
  • 1150
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 5 ay əvvəl
  • 1342
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 5 ay əvvəl
  • 1081