Baş ağrısı necə aradan qaldırılır?

Ətrafınızdakı insanlardan eşitdiyiniz ən ümumi sağlamlıq problemi baş ağrısıdır. Baş ağrısı başımızın hər yerindən başlaya və bizi ciddi şəkildə narahat edə bilər.

Əvvəlcə baş ağrısının nə olduğunu bilmək lazımdır. Əgər baş ağrısı məlumdursa, insan özünü baş ağrısından xilas edə bilər. Məsələn, miqrendə dərman istifadə etməklə bu baş ağrısını aradan qaldırmaq olar. Bundan əlavə, şəxsi təcrübələr də baş ağrısının necə keçdiyini müəyyənləşdirir. Məsələn, qəhvə içmək bir insan üçün faydalı, başqa biri üçün əksinə ola bilər. İşıq, səs, bəzi qoxular və s. insanlarda baş ağrısına səbəb ola bilər. Baş ağrısına yaxşı təsir edən bəzi üsulları təqdim edirik.

Baş ağrısı

1. Səssizlik

Sakit bir yerdə dincəlmək çox gözəldir. Əgər başınız ağrıyır və bu sizi narahat edirsə, sakit bir yerə gedib ağrı keçənə qədər orada qala bilərsiniz.

2. Masaj

Başınıza yüngül masajlar edərək ağrını aradan qaldırmaq mümkündür. Gicgahlarınızı xəfifcə masaj edərək baş ağrısından qurtula bilərsiniz.

3. Çaylar

Bəzən deyirlər ki, sevilən bir şeylə maraqlanmaq da baş ağrısına yaxşı təsir göstərir. Cökə, çobanyastığı və lavanda çayı da baş ağrısını aradan qaldırmağa kömək edir.

4. Duş

İsti duş qəbul etmək baş ağrınızı aradan qaldıra bilər. Duşdan sonra yatmaq tam bir həll yolu tapmağınıza kömək edəcək.

5. Dərman

Bütün tətbiqləri etdikdən sonra ağrınız hələ də keçmirsə, dərman ata bilərsiniz.

6. Buz

Ağrının necə keçməsi insandan-insana dəyişir, lakin adətən buz tətbiqi yaxşı təsir edir. Ağrıyan nahiyəyə buz qoymaq sizi rahatlaşdıracaq və ağrılarınızı yüngülləşdirəcək.

Baş ağrısının növləri

Baş ağrısının növləri

Başı əhatə edən və beyindən qaynaqlanan baş ağrıları ola bilər. Başı əhatə edən ağrılar əzələlərdən, damarlardan və ya baş dərisindən qaynaqlana bilər.

1. Beyindən qaynaqlanan baş ağrıları

Çox nadirdir. Beyindəki şişlər və abseslər səbəbiylə beynin sıxılması nəticəsində yaranan baş ağrılarıdır. Beyni əhatə edən əzələlər, damarlar və oynaqlarla bağlı problemlərdə ortaya çıxa bilər.

2. Beyindən qaynaqlanmayan baş ağrıları

Bu ağrıların konkret səbəbləri yoxdur.

Baş ağrısının ən çox görülən növləri

Baş ağrısı haqqında

1. Gərginlik əsaslı baş ağrısı

Gərginlik əsaslı baş ağrıs ən çox yayılmış baş ağrıları arasındadır. Əksər insanlarda görülən bu ağrı əzələlərin və əzələ strukturlarının gərginliyi ilə əlaqədardır.

2. Miqren

Miqren, gün ərzində sizi narahat hiss etdirən baş ağrılarından biridir. Adətən sinə nahiyəsində və ya göz ətrafında meydana gəlir.

3. Klaster baş ağrısı

Bu növ baş ağrısı geniş yayılmasa da, bəzi insanlarda müşahidə olunur və baş ağrılarının ən şiddətlisidir. Bu ağrıya səbəb olan ən böyük faktorlar spirtli içki və siqaretdir.

4. Davamlı baş ağrıları

Hər gün və ya həftədə bir neçə dəfə başınız ağrıyırsa, deməli, xroniki baş ağrınız var. Bu ağrı günün müəyyən saatlarında və ya davamlı ola bilər. Davamlı baş ağrılarınız varsa, həkimə müraciət etməyi məsləhət görürük.

Hansı baş ağrıları təhlükəlidir?

Dərhal tibbi yardım tələb edən baş ağrıları dözülməz dərəcədə şiddətli olanlardır. Xüsusilə fiziki fəaliyyətlər zamanı baş verərsə, dərhal təcili yardıma müraciət edilməlidir. Dərmanla yüngülləşməyən və fasiləsiz davam edən (şiddətli olmasa belə) baş ağrıları da həkim müdaxiləsi tələb edir.

Baş ağrısının müalicəsində istifadə olunan alternativ üsullar

Dərmandan istifadə etmək istəməyən və ya dərmana reaksiya verməyən xəstələrdə alternativ üsullar sınanmalıdır. Botoks tətbiqləri, akupunktur, nevroterapiya bu üsullardandır.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
6 ay əvvəl
770 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 26 gün əvvəl
  • 514
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 749
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 828
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 749
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 828
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 714