Bədənin fiziki inkişafında ortaya çıxan dəri çatlamaları və müalicəsi

Dəri, əhatə etdiyi bölgəyə görə bədənin ən böyük orqanıdır. Bütün bədəni əhatə edir və digər orqanları, sümükləri və əzələləri qoruyur. Bu orqan xarici aləmlə təmasda olduğu və qoruma rolunu oynadığı üçün elastik bir qabiliyyətə sahibdir.

Dəri çatlamasına səbəb nədir?

Dərinin çevik quruluşu qoruma və davamlılığı artırsa da, sürətli dəyişikliklərə qarşı zəifdir. Dərininaltındakı yağ və əzələ toxuması bədən tərəfindən sürətlə istehsal oluna və istehlak edilə bilər. Dəri hüceyrələri buna eyni sürətlə cavab verə bilmir. Əzələ və ya yağ toxumasının həcminin birdən-birə
artması səbəbindən dəri uzanır və hüceyrələr arasındakı bağlar qopur. Bu qırılmalar damarların görünməsinə və qızartıların meydana gəlməsinə səbəb olur. Dəridə çatlar əvvəlcə qırmızı kimi görünsə də, bir müddət sonra dərinin rəngini almağa başlayır. Bu izlər qalıcıdır. Öz-özünə asanlıqla getmir. Fərqli üsullar tətbiq etmək lazımdır.

Dəri çatları necə aradan qaldırmaq olar?

Dəri çatları necə aradan qaldırmaq olar?

Çatlar yeri yarandıqda nəmləndirici və yağlı kremlərlə mütəmadi olaraq o bölgəyə masaj edilməlidir. Masaj qan dövranını sürətləndirir və dərinin zədələnmiş hissəsini müalicə edir. Günəş çatlar üçün faydalıdır. Günəş vannası qəbul edərkən dərini qurutmamağa xüsusi diqqət yetirilməlidir. Bədnin çatlama olan bölgəsini inkişaf etdirərkən diqqətli olmaq lazımdır. Aşırı yükləmək olmaz.

Dəridəki çatlaqların qarşısını necə almaq olar?

Dəridəki çatlaqların qarşısını necə almaq olar

Bədənin idman səbəbiylə inkişafı və bədənin bu inkişafa tam reaksiya göstərə bilməməsi səbəbindən bəzi çatlamalar meydana gəlir. Bəs bunun qarşısını necə almaq olar? Bunun yolları aşağıdakılardır.

Sürətli dəyişikliklərdən çəkinin. Məşq zamanı alınan kilo əzələ və yağ şəklində olduğu üçün həcm genişlənməsi baş verir. Bəzən dəri bu dəyişikliyə uyğunlaşa bilmir.

Dərinizin nəmlik səviyyəsi yüksək olmalıdır. Ani çəki artımı dəridəki nəmliyi azaldır. Belə dəridə daha tez çatlar əmələ gəlir. Bu çatlaqların qarşısını almağın yolu kremlərdən istifadə etməkdir.

Çatların qarşısını almaq üçün istifadə ediləcək başqa bir üsul da bol su içməkdir. Su həm arıqlamaq, həm də dəri sağlamlığı üçün vacibdir. Gündə 8-10 stəkan su içmək dəri çatlamalarının qarşısını almağa kömək edir.

Vitamin dəstəyi vacibdir. Vitaminlər sayəsində dərinin dəyişməyə uyğunlaşma sürəti artacaq. A vitamini, E vitamini və minerallarla zəngin qidalardan istifadə etmək lazımdır.

Faydalı yağlar istehlak edilməlidir. Bu yağlara balıq yağı və zeytun yağı daxildir. Omega-3 yağ turşuları digər orqanlar kimi dəri üçün də çox faydalıdır. Dərinin nəmlik səviyyəsini və elastikliyini tənzimləyərək çatlaq əmələ gəlməsinin qarşısını almağa kömək edir.

Mineral istehlakı vacibdir. Xüsusilə sink dəri sağlamlığı üçün faydalıdır. Tərkibində sink olan qidalara üstünlük verməlisiniz.

Dərinin gərildiyi bölgələr isti saxlanılmalıdır. Bədən inkişaf etdirənlər ağırlıq qaldırarkən əzələlərini isti saxlamaqla dəri çatlamalarının qarşısını alırlar. Ağırlıq qaldırma məşqi edərkən əzələlərdə qan axını sürətlənir və əzələlər şişir. Dərinin bu gərilməyə uzun müddət məruz qalması çatlar əmələ gətirir. Buna görə məşqdən sonra gərilmə hərəkətləri edilməlidir.

Ağır məşqlərdən qaçınmaq və steroid və ya dopinq kimi dərmanlardan çəkinmək lazımdır. Bu dərmanlar anabolik təsiri artıracağından, çatlaqların əmələ gəlməsinə səbəb olacaq. Bu dərmanlar təbii deyil və digər orqanlara da zərər verir.

Estetik müdaxilə son çarə olaraq tətbiq oluna bilər. Çatlar çox bəlli olursa və pis görünüş yaradırsa, estetik əməliyyat edilə bilər. Ancaq təbii üsulları ön planda tutmaq vacibdir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3982 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 508
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 741
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 818
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 739
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 816
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 708