Bəlğəmə səbəb olan xəstəliklər

Bəlğəm, tənəffüs yollarındakı həssas toxumaların qurunması üçün ifraz olunan mayedir. Lakin bəlğən insan orqanizmində lazım olandan artıq istehsal olunduğu üçün müxtəlif xəstəliklərə yol açır. Bəlğəmə səbəb olan xəstəlikləri təqdim edirik.

1. Bronxitdə bəlğəm yaranması

Bəlğəm

Quru öskürəkdən sonra bəlğəm əmələ gəlir. Xüsusən səhərlər bəlğəm daha çox olur. Xəstəlik irəlilədikcə bəğəmi xaric etmək çətinləşir.

2. Vərəmdə bəlğəm yaranması

Əvvəlcə quru öskürəklə başlayır, daha sonra bəlğəmə çevrilir. Yaşılımtıl-sarı rəngdə olur. Bəlğəm get-gedə artır və qanlı formada gəlir. Yüksək hərarət, qrip zamanı da bəlğəm yarana bilər.

3. Sətəlcəmdə bəlğəm yaranması

Bu zaman bəlğəm pas rəngi alır. Çox yapışqan olur.

4. Ağciyər infarktında bəlğəm yaranması

Ürək-damar xəstəliyindən əziyyət çəkənlərdə, əməliyyatdan yeni çıxmış insanlarda sinə ağrısı, nəfəs darlığı ilə birlikdə bəlğəm gələ bilər. Bu, ağciyər infarktı olduğu anlamına gəlir.

5. Ağciyər xərçəngində bəlğəm yaranması

Ağciyər xərçəngi

Xüsusən yaşlı insanlarda davamlı bəlğəm gəlməsi xərçəngin əlamətidir və bəzən bu bəğəm qanlı olur. Ağciyərdəki problemlər və uzun müddət siqaret çəkmək ağciyər mukozasının bəlğəm olaraq çıxmasına səbəb olur.

6. Bronşektazidə bəlğəm yaranması

Bronxların genişlənməi və iltihabından dolayı qatı bəlğəm yarana bilər. Xəstəlik ağırlaşdıqca bəlğəm artır, daha pis qoxu verir. Xəstənin sinəsi yana və önə əyildikdə bəlğəm daha da artır.

7. Ağciyər absesində bəlğəm yaranması

Bu xəstəlik zamanı bəlğəm çox və pis qoxulu olur. Xəstə bəlğəmi qusurmuş kimi çıxarır. Ciyərlərdə xüsusi ağrı yaranır.

8. Ağciyər ödəmində bəlğəm yaranması

Ağciyər ödəmi

Köpüklü və sulu bəlğəm olur. Rəngi bulanıqdır. Ağciyər ödemində bəlğəm davalı öskürəyə də səbəb olur.

Bəlğəm nədir?

Bəlğəm, tənəffüs yollarındakı iltihabdan dolayı öskürəklə xaric olunan maddədir. Bu səbəbdən öskürək bəlğəmi bədəndən xaric edən orqanizmin reaksiyasıdır. Uşaqlarda bu reaksiya olmadığı üçün bəlğəmi qusaraq xaric edirlər. Bəlğəm toxumalardan sızan mayenin, qan suyunun, hüceyrələrin və mikrobların qarışığından ibarətdir. Bəlğəmin rəngi, forması, qatılığı xəstəliklərə görə dəyişir.

Bəlğəm niyə əmələ gəlir?

İnsan orqanizmi tənəffüs yollarında olan incə və həssas toxumaların təmizlənməsi və qorunması üçün bəlğəm istehsal edir. Bəlğəm infeksiyalarla mübarizə aparmaq üçün antikorları və bakteriyaları aradan götürür. Ancaq narahatedici dərəcədə istehsal olunan bəlğəm müxtəlif xəstəliklərə səbəb ola bilər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
7592 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 507
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 740
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 818
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 738
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 815
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 707