Beyindəki küyü necə azaltmaq olar?

Yenilənmə tarixi: 2021-08-06

Bir çox insanlar qulaqlarda, başda küy eşidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur. ABŞ neyrofizioloqları idmanın təkcə əzələlər üçün deyil, beyin üçün də faydalı olduğu qənaətinə gəliblər.

Hal hazırda tibdə belə küyü adlandırmaq üçün xüsusi termin "tinnitus" istifadə olunur. Araşdırmalara görə, dünyada yaşayan insanların təxminən 5%-i xroniki tinnitusdan əziyyət çəkir. Alimlər bununla bağlı yeni təcrübə aparıblar. Belə ki, bir neçə qrup seçilib, onlar səslər, hecalar və sözlər toplusunu dinləyən zaman müşahidə ediliblər.

Beyində küy

Əvvəl küy daha zəif olur, vaxt keçdikcə artır, insan buna daha çox fikir verməli olur, onun diqqəti, yuxusu və istirahəti pozulur, müxtəlif qorxular, depressiya inkişaf edir. Beyinin səs stimullarına cavabı elektroansefaloqrafdan istifadə olunaraq izlənilib. Məlumdur ki, sinir sistemi insanın vəziyyətindən asılı olaraq müxtəlif siqnalları verir. Aktivliyin "sıçrayışları" nə qədər güclü olsa, beyin neyronlarının zəncirləri bir o qədər yaxşı işləyir. İştirakçılar üç qrupa ayrılıblar: musiqiçilər, xarici dillər üzrə mütəxəssislər və idmançılar. İlk iki qrupda beyində xarici qıcıqlara reaksiya olan "fon" səs-küyünün yüksək olduğu aşkarlanıb. İdmançıların elektroensefaloqramında, demək olar ki, heç bir müdaxilə ("fon" səs-küyü) qeydə alınmayıb. Neyrofizioloqlar hesab edirlər ki, idmançılar səs-küylü şəraitdə olarkən də sakit səsləri “tuta bilmək” və buna diqqətlərini cəmləşdirmək qabiliyyətini özlərinə aşılaya bilirlər. Və bu, onlara yarışlarda daha yaxşı çıxış etməyə kömək edir.

e-tibb.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7454 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 24 gün əvvəl
  • 504
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 738
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 816
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 736
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 812
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 703