Bipolyar pozuntu nə deməkdir?

Bipolyar pozuntu emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Emosional dəyişiklik zaman-zaman bütün insanlarda meydana gəlir. Lakin bipolyar pozuntu bu emosiyanın ən pik səviyyədə olmasına imkan yaradır. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər güclü təsirdə baş verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır.

Ruhi vəziyyətin dəyişməsi kimi dəyərləndirilən bipolyar pozuntu insan həyat şərtlərindən asılı olaraq meydana gəlir. Bu problem insanın özünə və ətrafına zərər verməsinə səbəb ola bilər. Bipolyar pozuntu dünyada geniş yayılıb. Bipolyar pozuntu maniyadan depressiyaya qədər uzanan
emosional vəziyyəti ifadə edir.

Bipolyar pozuntunun simptomları

Bipolyar pozuntu

Bipolyar pozuntu zamanı həm xəstənin özgüvəni artır, həm də o, özünə qapanır və motivasiya çatışmazlığı yaşayır. Bipolyar pozuntunun əsas simptomları maniya və depressiyadır. Maniya növbələrlə özünü biruzə verən dönəmdir. Anidən başlayan növbələr 2 hədtədən 4-5 aya qədər
davam edə bilər. Maniya dönəmində aşırı hərəkətlilik, aqressivlik, enerji artımı, diqqət dağınıqlığı, özgüvən artımı və hallusinasiya kimi durumlar müşahidə olunur.

Maniya ilə müqayisədə daha yüngül olan hipomaniya dönəmində yaranan əlamətlər xəstəli adlandırılmır. Maniya və hipomaniyanı bir-birindən ayıran əsas ünsür xəstənin fərdi durumunu və reallığı qavraya bilməsidir. Hipomaniya dönəmində yaranan durumlar daha yüngül olur. Təxminən 6 ay davam edən depressiya dönəmi tədricən irəliləyən prosesdir. Depressiyanın əsas emosional vəziyyəti çarəsizlik və ümidsizlikdir.

Bipolyar depressiyada intihar və ölüm düşüncəsinə çox rast gəlinir. Araşdırmalar göstərir ki, bu problemi olan insanların 25-50 %-i intihara cəhd edirlər. İnsan qidalanmaq, yatmaq və yuyunmaq kimi ehtiyacları yerinə yetirməyəcək duruma gələ bilər. Xəstənin aşırı yatmaq istəyi də depressiyanın digər əlamətidir.

Bipolyar pozuntunun əlamətləri

Bipolyar pozuntunun əlamətləri

Hüzürsuzluq
Diqqət dağınıqlığı
Yaddaşın zəifləməsi
Özünə qapanmaq
İştahın artması və ya azalması
Yuxusuzluq, pis yuxular görmək, tez-tez oyanmaq
Halsızlıq
Davamlı ölüm düşüncəsi

Maniyanın əlamətləri

Yuxuya ehtiyac duymamaq
Enerji artımı
Aşırı özgüvən
Əsəbilik
Çoxlu və şürsuzcasına pul xərcləmək istəyi
Özünü hər şeydən böyük hiss etmək
Yüksək motivasiya
Davamlı danışmaq istəyi

Bipolyar pozuntuya kimlərdə rast gəlinir?

Bipolyar pozuntunun səbəbləri

Bipolyar pozuntu həm qadınlarda, həm də kişilərdə ola bilər. Qadınların hamiləlik və doğumdan sonrakı dönəmlərində bu problemlə üzləşmək riskləri yüksəkdir. Həyat şərtləri, stress, üzüntü bipolyar depressiyaya gətirib çıxara bilər.

Bipolyar pozuntunun müalicəsi

Bu xəstəlik müalicə olunmadıqda intiharla nəticələnə bilər. Psixiatr xəstənin durumunu gözdən keçirməlidir. Depressiyanın səbəbi və dərəcəsi müəyyənləsdirilir və müalicə başlanılır. Müalicənin məqsədi xəstənin keçirdiyi hücumların sayını və şiddətini azaltmaqdır. Müalicənin davamlılığı əsas
şərtdir. Xəstə müalicə şərtlərinə əməl etmədikdə, yazılan dərmanları atmadıqda vəziyyəti yenidən pisləşə bilər. Xəstənin tez sağalmaq istəyi önəmlidir. Siqaret, içki kimi pis vərdişlərdən uzaq olmaq da olduqca vacibdir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3183 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 508
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 740
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 818
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 739
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 816
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 708