Boğaz ağrısını aradan qaldırmağın yolları

Boğaz ağrısı infeksiyalar və ya quru hava kimi ətraf mühit faktorlarından qaynaqlanır. Boğaz ağrısı narahatlıq versə də, əsasən öz-özünə kəsir. Bəs boğaz ağrısına nələr səbəb olur?

Boğaz ağrısı üçün yaxşı olan 9 bitki və bitki mənşəli üsul

Evdə tətbiq edə biləcəyiniz bəzi bitki mənşəli üsullarla boğaz ağrısından qurtula bilərsiniz.

1. Limonlu isti su

Limonlu isti su

Limon iltihab əleyhinə təsir göstərir və tərkibindəki C vitamini ilə bədəni infeksiyadan qoruyur. Bir stəkan qaynanmış suya 1 limon sıxın. Bu qarışığı gündə 2-3 dəfə içməyə çalışın. Limonlu isti suya bal da əlavə edə bilərsiniz. Bu qarışığı içdikdən sonra boğazınızın yumşaldığını hiss edəcəksiniz.

2. Duzlu su ilə qarqara

Duzlu su ilə qarqara

Boğazınızdakı infeksiyanı müalicə etmək və ağrıları azaltmaq üçün duzlu su ilə qarqara bilərsiniz. Yarım stəkan ilıq suya yarım çay qaşığı duz əlavə edin. Gündə 2-3 dəfə bu su ilə qarqara edin. Duzu az əlvə etməlisiniz.

3. Çəmənotu ilə qarqara

Çəmənotu ilə qarqara

Çəmənotu infeksiyalara, xüsusən də badamcıq şişməsinə qarşı çox yaxşı təsir göstərir. Bir stəkan qaynanmış suya 3 çay qaşığı çəmənotu əlavə edin. Bu qarışığı 20 dəqiqə qaynadın. Soyuduqdan sonra süzüb gündə 3 dəfə qarqara edin.

4. Süd

Süd

İsti südün içinə 2 çay qaşığı zərdəçal tozu və qara bibər əlavə edib için. Boğazınızda şişkinlik varsa bu qarışıqdan istifadə edin.

5. Zərdəçal

Zərdəçal

Zərdəçal antiinflamatuar xüsusiyyətlərə malikdir. 1 stəkan isti suya 1 çay qaşığı zərdəçal tozu əlavə edib qarqara edin. Gün ərzində ehtiyacınız olduğu müddətdə qarqara edə bilərsiniz.

6. Darçın çayı

Boğaz ağrısını aradan qaldırmağın üsulları

Darçın badamcıqlarda olan bakteriyaların artmasına mane olur. Həm də iltihabı və ağrıları azaltmağa kömək edir. Çayınızı bir çay qaşığı darçın tozu ilə hazırlaya bilərsiniz. 10-12 dəqiqə dəmləmək kifayətdir. Gündə iki dəfə bu çayı içsəniz, badamcıqlarınızın tədricən sağaldığını görəcəksiniz.

7. Ada çayı

Boğaz ağrısını aradan qaldırmağın üsulları

Ada çayının antibakterial xüsusiyyətləri vardır. Ada çayı Adaçayı badamcıqlarda iltihabın yayılmasının qarşısını alır. Boğazdakı qıcıqlanmanı aradan qaldırmağa kömək edir. Ada çayı ilə qarqara etməl müsbət təsir göstərir.

8. Sarımsaq

Boğaz ağrısını aradan qaldırmağın üsulları

Sarımsaq ən təsirli antibiotikdir. Bir stəkan suya 2 diş sarımsaq əlavə edib qaynadın. Daha sonra süzüb için. Sarımsaq qoxusunu önləmək üçün içdikdən sonra cəfəri çeynəyə bilərsiniz.

9. Bitki çayları

Boğaz ağrısını aradan qaldırmağın üsulları

Bədəninizdəki bir infeksiyanı müalicə etmək üçün çoxlu maye içməlisiniz. Bunun üçün isti bitki çayları çox faydalıdır. Boğazınızı yumşaltmaq üçün cökə, çobanyastığı, evkalipt kimi çayları içə bilərsiniz. Bitki çaylarına bal və limon da əlavə edə bilərsiniz.

Boğaz ağrısına səbəb olan amillər

Boğaz ağrısını aradan qaldırmağın üsulları

1. Soyuqdəymə

Boğaz ağrısının əsas səbəblərindən biri də soyuqdəymədir. Qripə və ya hərarətə səbəb olan bu xəstəlik öz-özünə keçir.

2. İnfeksiyalar

İnfeksiyalar da boğaz ağrısına səbəb ola bilər. Ən çox yayılmış A qrupu Streptokok bakteriyasıdır. Boğaz ağrısına ən çox uşaqlarda rast gəlinir.

3. Allergiya

İmmun sistemi polen, heyvan tükü və ya ot kimi allergik reaksiyalara cavab verdikdə, boğazda qıcıqlanma ola bilər. Burunda əmələ gələn mucus boğazın arxasına axa bilər. Buna postnazal damla deyilir və boğazda qıcıq yarada bilər.

4. Quru hava

Quru hava ağızda və boğazdakı nəmliyi quruda, ağrıya səbəb ola bilər. Buna görə otağınızı nəmli saxlamağınız faydalıdır.

5. Tüstü, kimyəvi maddələr və qıcıqlandırıcılar

Ətrafdakı bir çox fərqli kimyəvi maddələr boğazı qıcıqlandırır. Məsələn, siqaret tüstüsü, çirkli hava, təmizləyici məhsullar və digər kimyəvi maddələr.

6. Şiş

Boğazdakı, qırtlaqdakı və ya dildəki şiş də boğaz ağrısına səbəb ola bilər. Ancaq qorxmağa səbəb yoxdur, çünki bu, boğaz ağrısının ən çox görülən səbəblərindən biridir.

Boğaz ağrısının simptomları hansılardır?

Boğaz ağrısını aradan qaldırmağın üsulları

  • Burun tutulması
  • Burun axması
  • Asqırmaq
  • Öskürək
  • Yüksək hərarət
  • Şişkin limfa düyünləri
  • Boğuq səs
  • Bədən ağrıları
  • Baş ağrısı
  • İştahsızlıq
  • Qulaq ağrısı
  • Ağzı açmaqda çətinlik çəkmək
  • Planlaşdırılmamış və ya açıqlanmayan kilo itkisi
  • Şiddətli ağrı

Boğazdakı ağrıları aradan qaldıran digər üsullar

Boğaz ağrısını aradan qaldırmağın üsulları
Badamcıqlar şişibsə, udqunmaq çox çətin olur. Buna görə maye qidalara üstünlük verilməlidir.
Badamcıqlarınızda infeksiya olduğu halda daha çox vitamin və minerala ehtiyac duyulur. Ona görə təzə meyvə və tərəvəzlərlə qidalanın.

Boğazınızı daha çox qıcıqlandırmamaq üçün həddindən artıq ədvalı qidalar istehlak etməməlisiniz.

Qəhvə və koladan da uzaq durmağa çalışın.

Yaxşıca istirahət edin. İstirahətlə infeksiyanın bədəninizdən daha tez xaric olunmasını təmin edəcəksiniz.

Bütün bunları etdikdən sonra badamcıqlarınızdakı şişkinlik yox olmazsa, mütləq həkimə müraciət etməlisiniz.

Boğaz ağrısı üçün həkimə nə vaxt müraciət etməlisiniz?

Boğaz ağrısını aradan qaldırmağın üsulları

Aşağıdakı hallar zamanı həkimə müraciət edin:

  • Yüksək hərarət
  • Titrətmək
  • Qulaq ağrısı
  • Boyun nahiyəsində limfa düyünlərinin şişməsi
  • Uşaqlarda qarın ağrısı
  • Qusma

Boğaz ağrısına nə faydalıdır? Evdə müalicə üsulları varmı?

Boğaz ağrısı bir çox səbəbdən yarana bilər. Boğaz ağrısı ilə yanaşı, udqunma çətinliyi, qulaq ağrısı və boğazda qaşınma meydana gələ bilər. Boğaz ağrısı üçün evdə müalicə yolu duzlu su tətbiqidir. Boğazınızı duzlu su ilə qarqara edərək boğaz ağrısının təsirlərini azalda bilərsiniz.

Boğaz ağrısı hansı xəstəliklərin simptomudur?

Əsasən qış aylarında baş verən boğaz ağrısı, soyuqdəymə və qrip kimi xəstəliklərə səbəb ola bilər. Boğaz ağrısı ilə gələn ən çox görülən xəstəliklər qrip, soyuqdəymə, yuxarı tənəffüs yolu infeksiyaları və soyuqdəymədir.

Boğaz ağrısı nə qədər davam edər?

Bəzən bir həftə, bəzən isə daha çox davam edir. Boğaz ağrısının uzun müddət davam etməsinin əsas səbəbi az qidalanmaqdır. Bundan əlavə, boğaz ağrısı qulaqda və üz ətrafında ağrıya səbəb ola bilər.

Boğaz ağrısı üçün evdə müalicə üsulları hansılardır?

Boğaz ağrısı və boğaz yanması geniş yayılmış xəstəliklərdir və əsasən soyuqdəymə səbəbindən baş verir. Boğazdakı yanma və ağrıları aradan qaldırmaq üçün ən təsirli üsullar aşağıdakılardır:

  • Duzlu su ilə qarqara etmək
  • Hind qozu yağı istifadəsi
  • Zəncəfilli limon çayı

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4612 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
LALE (2 il əvvəl)
Sarmisaq xeyirlidi amma hec sevmirem