Çatlamış dodaqlar üçün 10 təbii vasitə

İnsan bədəninin ən həssas nöqtələrindən biri olan dodaqlar soyuq havanın təsiri altında çatlaya bilər, isti havanın təsiri ilə quruyar. Lakin dodaq çatlamasının səbəbləri bunlarla məhdudlaşmır. Bəs dodaq çatlamasının səbəbləri nədir? Hər hansı bir həll yolu varmı

Dodaqların çatlaması və qurumasının qarşısını alan təbii yollarla yanaşı, dodaq balzamları, dodaq nəmləndiriciləri və xüsusi kremlər də çox təsirli məhsullardır.

Dodaqların çatlamasına qarşı təbii qidalar

1. Gül yarpağı

Dodaqların çatlamasına qarşı Gül yarpağı

Dodaqlarınızı nəm qalmasına kömək edir. Bir ovuc gül ləçəyini bir kasa ilıq süddə yarım saat saxlayın. Gül ləçəklərini qabdan çıxarıb əlinizlə və ya blenderlə qarışdırın. Əmələ gələn qarışığı yatmazdan əvvəl 2-3 dəfə dodaqlarınıza çəkin.

2. Süd kremi

Süd kremi

Çatlamış dodaqlar üçün ən yaxşı təbii dərmanlardan biridir. Süd kremi dodaqları nəmləndirən yüksək yağ tərkibinə malikdir. Hər gün istifadə etməklə yaxşı nəticəyə nail ola bilərsiniz.

3. Su

stəkanda Su

Bədənimizdəki su çatışmazlığı bir çox problemə səbəb olur. Dodaq çatlamasının və qurumasının ən vacib səbəblərindən biri az su istehlakı və ya ani su itkisidir. Gündə ən az 8-10 stəkan su için.

4. Aloe Vera geli

Aloe Vera geli

Aloe vera bitkisinin sağlamlıq və kosmetika sahəsində geniş bir nüfuza sahib olduğunu bilirik. Aloe vera yarpağını uzununa kəsin və içindən çıxan geli dodaqlarınıza çəkin. Dadı xoş olmasa da, dodaqlara olduqca faydalıdır.

5. Şəkər

Şəkər

Şəkərin ölü hüceyrələrin dəridən çıxarılmasında rolu böyükdür. İki xörək qaşığı balı qaşıq şəkərlə qarışdırın. Bir neçə dəqiqə dodaqlarınıza sürtün. Sonra barmaqlarınızla dodaqlarınıza yayın.

6. Hindistan qozu yağı

Hindistan qozu yağı

Qatı Hindistan qozu yağı xüsusilə soyuq və quru havaların səbəb olduğu dodaq çatlamalarına yaxşı təsir edir. Dodaqlarınızı nəmli qalması üçün hindistan qozu yağından istifadə edin. Əlbətdə ki, bu yağın əvəzinə üzvi zeytun yağı istifadə edə bilərsiniz.

7. Xiyar

Xiyar şəkli

Xiyar quru və çatlamış dodaqlarınız üçün ən əlçatan tərəvəzdir. Kiçik bir xiyar parçasının toxumlu və şirəli hissəsini dodaqlarınıza sürtün. 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun. Gündə 5-6 dəfə etməklə dodaqlarınız ideal halına qayıdacaq.

8. Bal

Bal şəkli

Bal antibakterialdır və müalicəvi xüsusiyyətlərə malikdir. Dodaqlarınıza gündə bir neçə dəfə təmiz üzvi bal çəkin. Daha yaxşı bir nəticə əldə etmək üçün qliserin və bal qarışığı hazırlaya bilərsiniz. Bu qarışığı yatmazdan əvvəl tətbiq edin.

9. Badam

Badam qabda

Nəmləndirici kremlərin əsas tərkib hissələrindən biri olan badam, bu sahədəki təsiri ilə özünü sübut edən təbii məhsullardan biridir. 1 çay qaşığı əzilmiş badamı bir qaba tökün, yarım çay qaşığı təmizlənmiş şəkər və 1 çay qaşığı bal əlavə edin. Bu qarışığı dodaqlarınıza 2 dəqiqə saxlayın və sonra silin.

10. Qəhvə

stəkanda Qəhvə

Dəridə cavanlaşdırıcı təsiri ilə tanınan və dərini hamarlaşdıran qəhvə dənəsi dodaqlara da faydalıdır. Bir qaba təxminən 1 çay qaşığı qəhvə unu qoyun. Üzərinə 1 çay qaşığı bal və 1-2 damla zeytun yağı əlavə edin. Bu qarışığı dodaqlarınıza çəkin. Sonra onu ilıq su ilə yuyun.

Dodaq quruluğunun və çatlamasının səbəbləri

Dodaq quruluğunun və çatlamasının səbəbləri

Zərərli günəş şüaları, soyuq hava və həssas bir dəriyə sahib olmaq dodaq çatlamasının əsas səbəbi
hesab edilə bilər. Ancaq digər səbəblər də mövcuddur. Onlar aşağıdakılardır:

  • Siqaret çəkmək
  • İstifadə olunan dərmanların yan təsirləri
  • Allergiya
  • Dodaqları yalamaq
  • Vitamin çatışmazlığı
  • Soyuq hava
  • Kifayət qədər su içməmək
  • Diş məcunlarının yan təsirləri
  • Ağızla nəfəs alıb-vermək
  • Kosmetik vasitələr
  • Dodaq çatlamasının əlamətləri

Çatlamış dodaqlar

Dodaqlardakı qızartı, şişlik və soyulmalar dodaq çatlamasının əsas əlamətləridir. Bundan əlavə, dodaqdakı ağrı və quruluq dodaq çatlamasının xəbərçisidir.

Dodaq quruluğu hansı vitamin çatışmazlığından yaranır?

Dodaq quruluğu və çatlaması hərarət, şəkər və digər xəstəliklərlə də əlaqədar ola bilər. Həmçinin, B vitamini çatışmazlığı da bu problemlərin yaranmasına səbəb olur. Süd və ət məhsulları, quru meyvələr B vitamini ilə zəngindir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5119 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 511
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 743
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 819
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 739
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 817
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 708