Çəki almaq üçün üsullar

Günümüzda çəki almaq istəyənlərin sayı çoxdur. Dietoloq Elif Yıldırım Karacanoğlu ideal çəkiyə sahib olmaq üçün nə etməklə bağlı danışıb.

Sağlam həyat üçün çəki balansını müəyyən səviyyədə saxlamağın vacib olduğunu bildirən Karacanoğlu, "İdeal çəkini qorumaq və çəki almaq prosesində gündəlik qidalanma vərdişlərinin də önəmi böyükdür. İdeal çəkini necə hesablaya bilərik? İdeal çəki BKİ (bədən kütlə indeksi) ilə hesablanır. 18,5-25 aralığı normal çəki hesab edilir. 18,5-dən aşağı isə normadan az sayılır. Məsələn, boyunuz 1,72 sm, çəkiniz isə 50 kq-dırsa, bu zaman BKİ-niz 17 olur. Minimal çəkiniz isə 55 kq olmalıdır" - deyə vurğulayıb.

Çəki almaq nə etməli

Mütəxəssis metabolizmanın çox sürətli olduğunu söyləyərək çəki almağın yollarını belə sıralayıb: "Əvvəlcə bu durumun bir neçə təhlillə incələnməsi gərəkdir. Məsələn, tiroidiniz çox işləyir, şəkəriniz var və ya vitamin çatışmazlığınız? Aşırı məşq edirsiniz və ya ailə üzvlərinizin hamısı çox arıqdır? Bunların heç biri olmazsa, çox yeyib amma çəki almırsınızsa, qidalanma mütəxəssisi ilə görüşərək qidalanma formanızı ona danışmalısınız. Arıq insan üçün çəki almaq çətindir.

Yaşınız artdıqca çəkiniz də artmağa başlayır. Qidalanma gündəliyi tutun. Gündəlik necə qidalandığınızı, nə yeyib-içdiyinizi yazın. Çox yesəniz də, qidanızın protein və minerallarla zəngin olmadığı üçün çəki almaya bilərsiniz. Kilo almaq üçün hərəkət etməmək, un məmulatlarını çox yemək də yanlış üsuldur. Sağlam qidalanmağa hədəflənin. Zamanla ideal çəkiyə sahib olacaqsınız".

Karancanoğlu ideal çəkidə olmaq üçün edilməsi lazım olanlardan danışıb:

Çəki almaq üçün məsləhətlər

"Tez-tez qidalanın. Gündəlik almalı olduğunuz kaloriya 500 kalori əlvə etməyiniz kifayətdir. Bir sendvic və 2 stəkan ayranın tərkibində təxminən 500 kalori var. Gündə azı 6 dəfə qidalanın, çünki mədəniz kiçikdir, ona görə tez doyursunuz. Quru meyvələrə də üstünlük verin. 1 ovuc quru meyvə 300 kalori təmin edir. Protein, süd, qatıq, meyvə, tərəvəz gündəlik qida rasionunuzda olmalıdır. Birtərəfli qidalanma orqanizminizə zərər verə bilər. Şirniyyat çox enerji verir və tez acdırır. Südlü şirniyyatlara üstünlük verməlisiniz. Üzərinə qoz, fındıq qoyaraq kalori miqdarını artıra bilərsiniz. İdman etmək iştahınızı artırar. Həmçinin, təkcə bir bölgənizin yağlanmasının qarşısını alar. Piyada çox gəzmək də artıq yağları yandırır. İştahaçıcı vitaminləri, protein tərkibli məhsulları həkim məsləhəti olmadan qəbul etməyin. Səhv istifadə böyrək və qaraciyərə zərər verə bilər".

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3611 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 3 ay əvvəl
  • 946
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 5 ay əvvəl
  • 1260
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 5 ay əvvəl
  • 1310
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 5 ay əvvəl
  • 1150
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 5 ay əvvəl
  • 1342
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 5 ay əvvəl
  • 1081