Çox insanın əhəmiyyət vermədiyi 10 xərçəng əlaməti

Ağrı, yüksək hərarət, öskürək kimi kiçik sağlamlıq problemlərinizin olması onları ciddiyə almamalı olduğunuz anlamına gəlmir. Bu problemlər xərçəngin əlaməti ola bilər. İngiltərə Xərçəng Araşdırmaları təşkilatının mütəxəssisləri yetkin əhalinin yarısından çoxunun xərçəng riski daşıdığını bildirib.lakin insanların cəmi 2 %-i bu əlamətlərin xərçəngə yol aça biləcəyinə inanır. Kiçik narahatlıqların baş vermə səbəbləri mütləq araşdırmalıdır. Əksər insanların görməzdən gəldiyi 10 əlaməti təqdim edirik.

1. Hərarətin tez-tez yüksəlməsi və infeksiya

xərçəng əlaməti hərarət
Xərçəngdə hərarətin yüksəlməsinə geniş rast gəlinir. Hərarətin davamlı olaraq yüksləlməsi xərçəngin əlaməti ola bilər.

2. Normal istirahət və yetərli yuxudan sonra yorğunluq və zəiflik hissi varsa, həkimə müraciət etməlisiniz.

halsızlıq xərçəng əlaməti

Xərçəng böyüdükcə və irəlilədikcə insan özünü daha da yorğun hiss edir. Kolon və ya mədə xərçəngi yorğunluq və baş gicəllənməsinə səbəb ola bilər.

3. Çəki itirilməsi

Çəki itirilməsi xərçəng əlaməti

Qısa müddətdə çoxlu çəki itirmək xərçəngin ən böyük əlamətlərindən biridir. Xüsusən ağciyər və döş xərçəngi xəstələrində bu əlamtə rast gəlinir. Xərçəng hüceyrələri qaraciyərə yayıldıqda çəki itkisi əmələ gəlir. Hər hansı pəhriz gözləmədən ayda azı 10 kilo arıqlamaq təhlükəli məqamdır və mütləq həkimə müraciət edilməlidir.

4. Nəfəs darlığı

Nəfəs darlığı xərçəng əlaməti

Nəfəs darlığı fərqli sağlamlıq problemlərindən xəbər verə bilər. Tənəffüs yolu problemləri ağciyər xərçənginin əlaməti də ola bilər. Ağciyərdəki şiş hava yolunu daraltdıqda insan nəfəs almaqda çətinlik çəkir.

5. Öskürək

Öskürək xərçəng əlaməti

Öskürək, soyuqdəymə və qripə qış aylarında tez-tez rast gəlinir. Lakin bu, xroniki hal alıbsa, tiroid xərçəngi, ağciyər xərçəngi və ya linfoma xərçənginin əlaməti ola bilər. Xroniki öskürək olduqda həkimə müraciət etmə lazımdır.

6. Udqunmaqda çətinlik çəkmək

Udqunmaqda çətinlik

Bu əlamət, başqa səbəblərdən də qaynaqlansa da, qidaları udmağa davamlı olaraq çətinlik çəkirsinizsə, bu, boğaz, mədə və ya qida borusunun xərçəngi ilə əlaqədar ola bilər.

7. Dəridəki xalların görünüşlərindəki dəyişiklik

Dəridəki xallarda dəyişiklik

Bədəndəki xalların molekul ölçülərində dəyişiklik varsa, bu da ciddi problemlərin əlaməti ola bilər. Həkimlər xallardakı dəyişikliyi müşahidə etdikdə əsasən xərçəng xəstəliyinin olub-olmadığını yoxlayırlar.

8. Dırnaqlardakı dəyişikliklər

Dırnaqlardakı dəyişiklik

Dırnaqların ölçüsü və formasındakı dəyişikliklər ağciyər, qaraciyər, dəri və böyrək xərçənginin əlaməti ola bilər. Dırnaq rəngi ağarırsa, qaraciyər xərçənginə işarə ola bilər. Dırnaqların altındakı qara və qəhvəyi ləkələr isə dəri xərçənginin əsas əlamətlərindəndir

9. Qanamalar

Qanamalar xərçəng əlaməti

Bədənin bəzi bölgələrində yaranan qanamalar xərçəngin əlaməti ola bilər. Məsələn, idrardan qanın gəlməsi böyrək xərçənginin əlamətlərindən biridir. Qan qusmaq isə mədə və ağciyər xərçəngindən xəbər verir. Döş uclarından qan gəlməsi döş xərçənginə işarədir.

10. Sarılıq

Sarılıq xərçəng əlaməti

Sarılıq ciddi sağlamlıq problemidir və əsasən öd kisəsi və ya qaraciyər problemi ilə əlaqəlidir. Bununla yanaşı, pankreatik xərçəngin də əlaməti ola bilər. Bütün bu əlamətlər xərçəngə tutulduğunuz anlamına gəlmir. Belə əlamətlər uzun müddət davam etdikdə həkimə müraciət etməlisiniz. Xərçəngdə erkən diaqnoz həyat qurtarır!

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3337 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Nurdə (10 ay əvvəl)
Salam melumat üçün teşekürler
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 25 gün əvvəl
  • 512
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 744
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 823
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 744
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 821
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 709