Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Aşırı tərləmə problemi gündəlik həyatda cansıxıcı durumlar biridir. Bu məqaləmizdə təbii üsullarla aşırı tərləmə problemindən xilas olmağın yollarını təqdim edəcəyik.

1. Alma sirkəsi

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Aşırı tərləmə problemini alma sirkəsi ilə aradan qaldırmaq mümkündür. Olduqca güclü bir antioksidant olan alma sirkəsi mikrob və bakteriyalarla mübarizədə vacib rol oynayır. Alma sirkəsi antiseptik, antifunqal və antibakterial özəlliyə malikdir. Gecə yatmadan əvvəl ən çox tərləyən nahiyələrinizi yuyun və pambıqla həmin bölgələrə alma sirkəsi sürtün. Duş aldıqdan sonra bu bölgələrə pudra və dezodrant vurun. Digər bir üsul isə belədir: bir stəkan suya 2 çay qaşığı alma sirkəsi və bir miqdar bal əlavə edib qarışdırın. Bu qarışımı gündə bir dəfə için.

2. Ada çayı

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Təsirli bir tərqovucu olan ada çayı tər vəzlərini daraldaraq tərləmənin qarşısını alır. Ada çayı çayı hazırlamaq üçün bir stəkan qaynar suya 1 çay qaşığı ada çayı əlavə edin və dəmləməyə qoyun. Gündə 2-3 stəkan ada çayı içmək kifayətdir.

3. Qabartma tozu

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Qabartma tozu aşırı tərləməyə yaxşı təsir göstərir. Qabartma tozu bədəndəki nəmi sorur və pis qoxunu aradan qaldırır. 1 çay qaşığı qabartma tozunu az miqdarda suyla qarışdırıb maska hazırlayın. Bu maskanın içinə istədiyiniz uçucu yağdan 3-4 damcı qatın. Alınan qarışığı tərləyən yerlərinizə çəkin və 15- 20 dəqiqə gözləyin. Bu tətbiqi həftədə 2-3 dəfə istifadə edin.

4. Qara çay

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Təkibindəki turşular sayəsində tərləməni azaldan qara çay, antibakterial xüsusiyyəti sayəsində pis qoxuya səbəb olan bakteriyalarla mübarizə aparır. Gün ərzində 2-3 stəkan qara çay içə bilərsiniz. 3-4 stəkan isti suya 1-2 paket qara çay atın və dəmlənməsini gözləyin. Dəmlənmiş çayı bezlə qoltuq altı, boyun, ayaq və əllərinizə tətbiq edin. Bu tətbiqi bir həftə boyu təkrarlayın.

5. Göyərçin ağacı

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Göyərçi ağacı məhsulları məsamələri sıxlaşdırır və bunun sayəsində aşırı tərləmənin qarşısını alır. Göyərçin ağacının maye formasındakı gelini və ya toz şəklində olan məhsulunu istifadə edə bilərsiniz. Bir miqdar suya 1 xörək qaşığı göyərçin ağacı tozu əlavə edib qarışdırın. Əldə olunan qarışığı tərləyən bölgələrinizə tətbiq edin. 1 saat gözləyib soyuq suyla yuyun. Bunu 2 həftə ərzində təkrar edin.

6. Hind qozu yağı

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Hind qozu yağı tərkibindəki laurik turşusu sayəsində tərin səbəb olduğu pis qoxunu götürür. Xoş və şirin bir qoxuya malik olan hind qozu yağı gün ərzində dəriniz qoxusunu təzə saxlayır. 3 çay qaşığı hind qozu yağı və 2 çay qaşığı shea yağını bir kasaya tökün. Qarışığı bir dəqiqə mikrodalğalı sobada saxlayıb əriməsini gözləyin. Daha sonra 3 çay qaşığı qabartma tozu, 2 çay qaşığı ararot tozu və bir neçə damcı hər hansı uçucu yağ damladın.qarışdırıb bir bankada saxlayın. Bu qarışığı aşırı tərləyən bölgələrinizə çəkin.

Tərləməyə qarşı məhsullar

1. Luis Bien əl-ayaq və qoltuqaltı tərləmə önləyicisi

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Luis Bien tərləmə önləyicisi ilk istifadədən etibarən aşırı tərləməni azaldır. Luis Bien spreyi dərinin təmiz və nəmli olmasına kömək edir.

2. Driclor Deoroller

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Driclor tərləmə önləyicisi uzun müddət istifadə edildikdə tərləməni get-gedə azaldır. Bu məhsul öz xoş qoxusuyla tər qoxusunu aradan qaldırır.

3. Tereson tərləmə önləyicisi

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Gümüş ionlu formulu sayəsində tər qoxusunu önləyən Tereson məhsulu, 1-2 gün ərzində effektini göstərir. Xüsusi tərkibə malik olan bu məhsul dərini qıcıqlandırmır və qoltuq altının yumşaq olmasını təmin edir.

Aşırı tərləmə probleminin səbəbləri

Aşırı tərləmə problemi stress, piylənmə, qan dövranı yetərsizliyi, qeyri-normal qidalanma, diabet, ürək problemləri, hormonal pozğunluq və digər səbəblərdən dolayı orata çıxa bilər. Ən çox tərləyən nahiyələr ovuc içi, dabanlar, qoltuq altı, boyun, alın və saç dərisidir. Tərləmə yuxuda da baş verə bilər. Aşırı tərləmə problemi bir neçə xəstəliyin problemi kimi ortaya çıxa bilər. Buna görə həkimə müraciət etmək lazımdır. Həkim tərləməyə səbəb olan təsirləri müxtəlif test və analizlərlə öyrənib, buna uyğun müalicəyə başlayır.

Tərləməyə qarşı görüləcək tədbirlər

1. Bədən istiliyini tarazlaşdırmaq üçün tez-tez soyuq su için.

2. Alkoqol və siqaret istifadəsini azaldın.

3. Kafeinli içkilərdən az istifadə edin.

4. Dezodorant istifadə etmən əvvəl bədəninizi qurulayın.

5. Süni materiallardan hazırlanmış paltarlar geyinməyin.

6. Tez-tez duş qəbul edin və antibakterial sabunla tərləyən yerlərinizi yuyun.

7. Fast-food qidalardan uzaq olun.

8. Soda istifadə etməyin.

9. Çinko tərkibli qidalara üstünlük verin.

10. Stresdən uzaq olun.

11. Hər gün bir ovuc quru üzüm yeyərək bədən istiliyinizi tənzimləyə bilərsiniz.

12. Artıq çəkiniz varsa, normal çəkiyə düşmək üçün əməli addımlar atın.

Aşırı tərləmə problemi ilə bağlı hansı sahə üzrə həkimə müraciət edilməlidir?

Tərləmə probleminə görə dermotoloqa və sinə xəstəlikləri mütəxəssisinə müraciət edə bilərsiniz. Probleminizi ətraflı şəkildə həkimə danışmalı və buna uyğun müalicə almalısınız.

Gecə tərləməsi nədir?

Çox tərləmənin səbəbləri və tərləməyə qarşı 6 təbii müalicə üsulu

Gecə tərləməsi qadınlar və kişilərdə xüsusən orta yaşlarda rast gəlinən problemdir. Bu problem bəzi xəstəliklər və ya hormonal dəyişikliklər nəticəsində ortaya çıxa bilər.

Aşırı tərləmə nələrə yol aça bilər?

Aşırı tərləmə və ya gecə tərləməsi problemi orta yaşlı qadınlar üçün menopoz dönəminin xəbərçisidir. Bununla yanaşı, bir çox xəstəliyin əlaməti olaraq görülən aşırı tərləmə əsasən infeksiya, şəkər, nevrologiya xəstəlikləri və sinə xəstəlikləri ilə əlaqədar yarana bilər.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3873 dəfə oxundu
ilk.az-çılar nə deyir?