Dırnaqların müalicəsi necə olur?

Dırnaqların sağlamlığı olduqca mühüm amildir. Dırnaqların təmizliyinə və dırnaqlara qulluğa diqqət etməliyik. Bu məqaləmizdə sağlam dırnaqlara sahib olmaq üçün nələrə diqqət yetirməyimizin vacibliyini sizlərə çatdıracağıq.

1. Dəniz məhsulları

Dəniz məhsulları

Balıq dırnaqlar üçün də faydalı qidadır. Balığın tərkibindəki omeqa-3 yağ turşularından yararlanmaq üçün həftədə bir neçə dəfə balıq yemək lazımdır. Tərkibindəki B12 vitamini də dırnaqlara müsbət təsir göstərir.

2. Soğan

Dırnaqların müalicəsində soğan

Soğan dırnaqlara yaxşı təsir edir. İçərisində fosfor, kalsium, potasium və dəmir olad soğan min bir dərdin dərmanıdır.

3. Bibər

Dırnaqların müalicəsində bibər

Yaşıl, qırmızı və ya sarı bibər florin və silisiumla zəngindir. Bu iki element dırnaq sağlamlığı üçün vacibdir.

4. Zeytun yağı

Dırnaqların müalicəsində zeytun yağı

Zeytun yağı E vitamini ilə zəngin olduğu üçün dərini nəmləndirir və dırnaqların sağlam böyüməsinə kömək edir.

5. Xiyar

Dırnaqların müalicəsində xiyar

Xiyar, tərkibindəki kükürd və silisium elementləri sayəsində dırnaqlara yaxşı təsir edir. Daha yaxşı nəticə üçün xiyarı kök suyu ilə qarışdıra bilərsiniz.

6. Cəfəri

Dırnaqların müalicəsində cəfəri

Cəfərinin tərkibində kalsium, potasium v maqnezium var. Cəfəri dərini və dırnaqları keyfiyyətli saxlamaq üçün ideal bitkidir.

7. Qabıqlı quru meyvələr

Qabıqlı quru meyvələr

Fındıq, fıstıq və qabıqlı digər quru meyvələr dırnaqların düzgün şəkildə uzanmasına kömək edir. Quru meyvələr dəri xərçənginin yaranmasına mane olur və saç dərisini yaxşılaşdırır.

8. Hind qozu yağı

Hind qozu yağı

Antioksidant təsiti göstərən hind qozu yagı dırnaqdakı qırılmaları və digər problemləri aradan qaldırır. Hind qozu yağını dırnaq ətrafına və barmaq uclarına tətbiq edərək problemləri aradan qaldıra bilərsiniz.

9. Alma sirkəsi

Dırnaqların müalicəsində alma sirkəsi

Alma sirkəsi dırnaq ətinin yumşalmasını təmin edir. Alma sirkəsi sayəsində dırnaqların daha sürətlə uzanmasına nail ola bilərsinix.

10. Çay ağacı yağı

Çay ağacı yağı

İnsan orqanizminə xeyirli olan çay ağacı yağı təbii antiseptikdir. 2 damcı çay ağacı yağına 1-2 çay qaşığı zeytun yağı əlavə edib qarışdırın və dırnaqlarınızın ətrafına tətbiq edin.

11. Limon suyu

Dırnaqların müalicəsində limon suyu

C vitamini dırnaqların güclənməsi və sağlam uzanması üçün olduqca vacibdir. Dırnaq batması və dırnaq göbələyi kimi problemlər limon suyu sayəsində aradan qaldırılır.

Dırnaq sağlamlığına faydalı olan məhsullar

1. Mara manikür, pedikür peeling

Mara manikür, pedikür peeling

Davamlı istifadə zamanı dırnaqları parladan Mara, ilk istifadədən sonra dırnaq ətlərini gücləndirir. Satışa 300 qramlıq formada təqdim olunur.

2. Mixup Sulphur dırnaq yağı

Mixup Sulphur dırnaq yağı

Bu məhsul dırnaqların uzanmasını təmin edir. Mentol formulu sayəsində arzuolunmaz qoxuları yox edir. 56 qr olaraq satışa çıxarılan məhsul olduqca təsirlidir.

3. Kalyon dırnaq sərtləşdirici və qulluq yağı

Kalyon dırnaq sərtləşdirici və qulluq yağı

Kalyon dırnaq qidalandırıcı 11 ml olaraq satışa təqdim olunur. Dırnaqlardakı ləkələri aradan qaldıraraq sağlam uzanma imkanı yaradır.

4. Mara Quick manikür

Mara Quick manikür

Dırnaqları yumşaldan Mara Quick manikür, 300 qramlıq formada satışa çıxarılır. Mütəmadi olaraq
istifadə olunduqda dırnaqları yumşaldaraq güclülük və parlaqlıq bəxş edir.

5. Arifoğlu hind yağı

Arifoğlu hind yağı

Bu məhsul da dırnaqları yumşaldır. 50 qramlıq məhsul davamlı istifadə ilə dırnaq strukturunu gücləndirir və sağlam uzanma təmin edir.

Dırnaq sağlamlığı ilə bağlı ən çox verilən suallar

Dırnaqlarımız niyə sağlam şəkildə uzanmır?

Qidalanmada edilən səhvlər dırnaqlara da təsir edir. Orqanizmin ehtiyacı olan protein, dəmir, B12
vitamini və minerallarının çatışmazlığı zamanı dırnaqlarda qırılmalar, çatlar əmələ gətirir.

Dırnaq sağlamlığı necə olur?

Sağlam dırnaqlar açıq-çəhrayı rəngdə, ləkəsiz və parlaq olur. Dırnaqlara mütəmadi şəkildə qulluq
olunmalıdır.

Dırnaq qırılması hansı vitamin çatışmazlığından qaynaqlanır?

Dırnaq qırılması əsasən dəmir və C vitamini çatışmazlığı ilə əlaqədar olur. Dəmir çatışmazlığı səbəbindən sırnaqlar yuxarıya doğru əyri forma alır.

Dırnaqları ağartmaq üçün nə etmək lazımdır?

Limon suyu və karbonat, alma sirkəsi kimi təbii məhsullar dırnaq sağlamlığına yaxşı təsir edir.
Barmaqlarınızı 10-20 dəqiqə ərzində limon və karbonat qarışığında saxlayaraq onların ağarmasına şərait yarada bilərsiniz.

Evdə dırnaqları necə gücləndirmək olar?

Dırnaqları gücləndirmək üçün bir neçə təbii üsul var. Bunlardan ən təsirliləri dəniz duzu tətbiqi, E
vitamini terapiyası, zeytun yağı və alma sirkəsinin qarışığı və zeytun yağı və limon qarışığıdır.
Barmaqlarınızı bu qarışıqlarda 10-15 dəqiqə saxlayaraq istədiyiniz nəticəni əldə edə bilərsiniz.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
2868 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 23 gün əvvəl
  • 488
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 719
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 799
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 722
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 797
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 689