Diş qıcırtısının səbəbi nədir, bu necə baş verir?

Diş qıcırdatma uşaqlarda və yeniyetmələrdə adətən yuxu zamanı rast gəlinən problemdir. İnsanın dişlərini sıxaraq bir-birinə basması halı olan diş qıcırdaması, bəzi hallarda müalicə tələb edə bilər. Bəzi insanlarda diş qıcırtısı baş ağrısına, dişlərin zədələnməsinə və yuxu pozğunluğuna səbəb ola bilər.

Dişlərin qıcırdamasına nə səbəb olur?

Diş qıcırtısının səbəbi nədir

Diş qıcırtısının səbəbi həmişə məlum olmasa da, genetik və psixoloji faktorlardan qaynaqlandığı düşünülür. Ümumi mənada diş qıcırdatma probleminin səbəbləri bunlardır:

1- Dərmanlar

2- Stress, miqren, yuxu pozğunluqları

3- Psixoloji və nevroloji problemlər

4- İstifadə olunan bəzi dərmanlar

5- Diqqət çatışmazlığı və hiperaktiv pozğunluqlar

6- Siqaret və spirtli içki istifadəsi

7- Genetik faktorlar

Diş qıcırtısını necə aradan qaldırmaq olar?

Diş qıcırtısı

Əsasən fiziki və dərman müalicəsi ilə nəzarət olunan diş qıcırtılarına qarşı ala biləcəyiniz tədbirlər bunlardır:

• Diş qıcırdatmağın əsas səbəbi stresdir. Mümkün qədər stresdən uzaq olmaq və ya streslə mübarizənin yollarını öyrənmək lazımdır.

• Diş həkiminizdən kömək ala bilərsiniz. Onun sizə tövsiyə edə biləcəyi lövhələr dişlərin və çənə oynağının zədələnməsinin qarşısını ala bilər.

• Diş qıcırdatma problemindən xilas olmaq üçün dişlərə botoks tətbiqi də çox faydalı olacaq. Botoks prosesi əzələləri rahatlaşdırır. Prosedur 6 aya qədər təsirli olur.

• Ağızda qapanma pozğunluqları və əskik diş problemləri varsa, müalicə edilməlidir.

• Axşam yeməyindən sonra tərkibində kofein olan qidaları qəbul etməyin. Stimulyatorlar yuxu keyfiyyətinizə mənfi təsir edir və bu da yatarkən dişlərinizi sıxmağınıza səbəb ola bilər.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
10 ay əvvəl
989 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 6 ay əvvəl
  • 1263
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 7 ay əvvəl
  • 1527
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 8 ay əvvəl
  • 1561
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 8 ay əvvəl
  • 1431
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 8 ay əvvəl
  • 1635
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 8 ay əvvəl
  • 1300